Tarixin gizli pərdəsi - Şirürəkli I Riçard necə ölüb?

97 dəfə oxunub
Tarixin gizli pərdəsi - Şirürəkli I Riçard necə ölüb?

Şirürəkli I Riçard İngiltərə taxtında 10 il oturub.

Faktor.az Trend-ə istinadən bu gün İngiltərə taxtında az müddət otursa da, bu günə qədər haqqında nağıllar, əfsanələr gəzən tarixi şəxsiyyət barədə məlumat verəcək.

Riçard Şirürəkli ünvanını əldə edib. Amma o, cavan yaşlarında dünyasını dəyişib. Onun ölümü isə orta əsrlərin ən müəmmalı sirlərindən biridir. Məlumdur ki, Riçardın Fransa kralı II Filipplə gərgin münasibətləri olub. İki krallıq arasında sülalə və vassal münasibətlərinə görə də münasibətlər gərgin idi. Uğursuz Üçüncü Səlib yürüşü münasibətləri daha da pisləşdirdi. Nəticədə II Filipp Riçardın kiçik qardaşı İoanı qardaşını taxtan devirməyə qızışdırmağa başladı.

Riçard isə Səlib Yürüşündən qayıtdıqdan sonra Fransaya qarşı müharibəyə başladı. Nəticədə 1199-cu ildə qələbə qazandı və sülh müqaviləsi imzalandı. Amma Riçard İngiltərəyə çata bilmədi. Fransa ərazisində baş verən bir hadisəyə görə özü və ordusu iştirak etməli oldu. Onun vassalı Eymar Limojski torpaqlarında qədim dövrə aid qızıl xəzinə tapır. O dövrün qanunlarına əsasən, xəzinənin bir hissəsi senyor kimi Riçarda çatmalı idi. Amma vassal qızılı bölüşdürmək istəmirdi və Riçard ordusu ilə müdaxilə etmək məcburiyyətində qaldı. Riçard və ordusu Eymarın Şalyu-Şabrol qəsrini mühasirəyə aldı. Bu zaman qəflətən kral dünyasını dəyişdi.

Orta əsr xronikasına əsasən, 1199-cu ilin 26 mart tarixində, hücumdan əvvəl kral silahdaşları ilə qəsrin ətrafını gəzir, hücum üçün uyğun mövqe seçirdi. Ox məsafəsindən uzaqda olduqları üçün çəkinmirdilər. Amma qəsrin müdafiəçiləri arasında arbaletçi var idi və o, arbaletdən atəş açdı. Riçard yaralandı. Bəziləri onun əlindən, bəziləri çiynindən, bəziləri isə boynundan yaralandığını bildirir.

Kralı düşərgəyə apardılar və yarasını bağladılar. Amma 6 aprel tarixində Riçard dünyasını dəyişdi.
Demək olar ki, bütün tarixçilər kralın zəhərli arbalet boltundan öldüyünü bildirirlər. Avropalı cəngavərlər bu üsulu Yaxın Şərqdən öyrənmişdilər.

Amma 2012-ci ildə bir qrup fransız alim Riçardın qalıqlarını tədqiq etməyə icazə əldə etdilər. Onların məqsədi ölümün səbəbini müəyyən etmək lazım idi. Kralın qalıqlarını və ürəyinin bir parçasını analiz etdilər. Kralın vəsiyyətinə əsasən isə onun bədəninin hissələri müxtəlif yerlərdə dəfn etmişdilər.
Analiz müəyyən edib ki, Riçardın yarasına heç bir zəhər düşməyib. Kral infeksiyadan dünyasını dəyişib və bu infeksiya qanı zəhərləyib. Həqiqətən də orta əsrlərdə yaralanan döyüşçülərin bir çoxu bu səbəbdən dünyasını dəyişirdi. Orta əsr Avropasında tibb bilikləri və gigiyena barədə məlumatlar kifayət qədər deyildi. Bu səbəbdən də Riçardın ölüm səbəbi bunun olduğu bilindi. Amma yenə də tarixin böyük sərkərdəsinin kim tərəfindən qətlə yetirildiyi barədə məlumat yoxdur.

Şalyu-Şabrol qəsri hərbi əməliyyatlar üçün hazırlanmışdı. Mühasirədən əvvəl qəsdə cəmi iki cəngavər var idi. Qarnizonun digər döyüşçüləri adi hərbçilər idi. İngilislər bu iki cəngavəri üzdən yaxşı tanıyırdılar. Çünki onlar qala divarlarının müdafiəsini təşkil edirdilər və rəhbərlik edirdilər.

Deməli bu iki döyüşçüdən biri arbaletdən atəş açıb. Məhz kral da bu atəşdən dünyasını dəyişib. Cəngavərlərin də kim olduğu barədə versiyalar müxtəlifdir. Bəziləri Pyer Bazil, Bertran de Qudrun, Con Sebrozun adını çəkir. İş orasındadır ki, Pyer və Bertranın adı Riçardın ölümündən 10 illərlə sonra çəkilir. Pyerin adı miras işində hallanıb, Bertran isə Albiqoy savaşında iştirak edib. Bu səbəbdən Riçardın qatilinin kim olduğu bu günə qədər də naməlumdur...



Redaktorun seçimi