İkinci Dünya müharibəsinin qəribə hadisələri

164 dəfə oxunub
İkinci Dünya müharibəsinin qəribə hadisələri

İkinci Dünya müharibəsinin ən şiddətli illərindən biri 1943-cü il idi. Amerika demək olar ki, Hitlerin əlindən bütün alimlərini almışdı. Hitler bəlkə də alimlərini əlindən qaçıraraq ən böyük səhvini etmişdi. Alimlərin hamısı yəhudi idi. Bu alimlər sırasında Eynşteyn, Freyd və Filadelfia sınağının düşünən beyni Yozef Morris var idi.

Hətta Eynşteynə İsrail dövləti qurulduğunda ona prezidentlik vəzifəsi təklif olunmuşdu. Eynşteyn bu təklifi tətqiqatları səbəbindən rədd etmişdi. Müharibə dövründə alimlərə inanılmaz imkanlar yaradılmışdı. Bu alimlərə yalnız öldürmək üçün şərait yaradılmışdı. Hitlerin əmrində olan alimlər o qədər ağıllı idilər ki, insan oxşarı yaratmaqdan, gen mühəndisliyinə, kuantum V2 roketlərinə, düşüncələri oxumağa qədər hər işlə məşğul olurdular. İkinci Dünya müharibəsi dövründə   Almanların istehsal etdiyi tank, sualtı toplar o qədər çox idi ki mineral resurslar məhv olmağa başladı. Almaniya iqtisadiyyatı müharibədən sonra özünə gələ bilməmişdi.

Vermer Von Braun V2 roketlərini hazırlayaraq İngiltərə istiqamətləndirdi. Hitlerin yəhudilərə qarşı olan düşmən mövqeyi yəhudiləri ölkədən qaçmağa məcbur etdi. Hitler yəhudilərə qarşı həyata keçirilən qətliyamın memarı oldu. Buna baxmayaraq bilinməyən məqamlar da var. Hitler Xəzər türklərini və öz xalqı olan almanları metrolara dolduraraq  suda boğdurmuşdu. Hitler bu qətliyamı bilərək və istəyərək həyata keçirmişdi. Hitler sanki bilirdi ki, bu günün elmi hər şeydən üstün olacaq. O deyirdi ki, böyük kütləvi qırğınlar təbiət fəlakətlərinə səbəb olur. O, iqlimləri alt-üst etmək istəyirdi. Bu qırğınlar nəticəsində Hitler istədiyi iqlim dəyişikliyinə nail oldu. O çox isti gözləyərkən qorxunc soyuq əmələ gəldi. Alman ordusu Moskva soyuğu qarşısında aciz qaldı. Ordu komandirləri qışı bəhanə edərək geri çəkilmək istəyirdilər.

Hitler isə onlara belə cavab vermişdi:  “Soyuq mənim işimdir” Hitler düşünürdü ki, böyük qırğınlar sayəsində iqlim dəyişikliyi yaranacaq və hava isinəcək amma Hitlerin düşüncələrinin tam əksi oldu və o soyuğun memarı oldu. Hətta Moskva istiqamətində faşist ordusu öz təbii ehtiyaclarını  ödəyən zaman donaraq ölmüşdülər. Nə qədər qəribə səslənsə də faşist əsgərlərinin çoxu bu səbəbdən ölmüşdü.

Bu arada yaponlar da müharibəyə qoşulmuşdular. Yaponiya müharibəyə qoşulduqdan sonra müttəfiqinə qarşı çıxdı. Yaponlar Perl Harboru bombaladıqdan çox öncə bir Amerikan ordu nümayəndəsi bir nəzəriyyə ortaya atmışdı. O belə düşünürdü ki,  Perl Harbor yaponlar tərəfindən bombalana bilər. Bu fikrin diplomatik münasibətlərə zərər vuracağı düşünülərək həmin şəxs hərbi məhkəməyə verilmişdi. Amerika bu fikrə çox sərt reaksiya vermişdi amma illər keçəndən sonra onun bu fikri həqiqət oldu".

Yaponların müharibəyə qoşulmasına Almanların və rusların  hipnoz effekti səbəb olmuşdu. Ruslar və almanlar yüksək parapsixoloji bacarıqları olan şəxslərdən istifadə edirdilər. Həmin şəxslər hansı şəhərin bombalanacağını öncədən xəbər verir və bu şəhərlərin əhalisi itkinin az olması səbəbindən boşaldılırdı. Bu səbəbdən gizli sınaqlar nəzarətdən çıxmışdı. Rusiyada Kozirev adlı alim insanları şüalandıraraq və qlükoza yandıraraq elmin sərhədlərini aşmaq istəyirdi.  Hitlerin yaratdığı laboratoriyalarda qüsursuz Alman irqi yaratmaq üçün genlər ilə təcrübə aparılırdı. Fransanı çox qısa zaman ərzində diz çökdürən Hitler Avropanı rekord müddətə işğal etdi. Hitler indiyə kimi istifadə etmədiyi hərbi üsullardan istifadə edirdi. Ordunun hər bir bölüyünü eyni zamanda istifadə etməklə sürətli işğallar həyata keçirməyə şərait yaratdı.

Hitler Tibetə də gözünü dikmişdi. Tibetdə gizli elmləri axtarırdı. Avropanın işğal olunduğunu və Rusiyanın üstünlüyə sahib olduğunu görən Amerika müharibəyə qoşulmaq məcburiyyətində qaldı. Hitler beləliklə həyatının ən böyük səhvini etmiş oldu. Ordu komandirləri dərhal hücuma keçmək lazım olduğunu bildirəndə  Hitler onlara əhəmiyyət vermədi və müharibədə məğlub duruma düşdülər. Əgər faşistlər yekun hücuma keçsəydilər bu gün nələr baş verə bilərdi? \

Gəlin Filadelfia sınağına birdə nəzər yetirək. Bu sınaq ABŞ-ın radara görünməz olan kreyser hazırlaması ilə başlamışdı. Donanmanı maliyələşdirən və idarə edən Yozef Morris idi. Morrisə bütün təfərrüatları hər şeyi danışan K. Allan idi. Bu şəxsində kim olduğu və bu qədər məlumatı haradan əldə etdiyi də mübahisə doğurur. Bütün böyük işlərdə onun adı keçir. Hansı layihədə problem yaransa dərhal o meydana çıxırdı. Bütün işləri yazdığı məktublar ilə və ya birbaşa özü idarə edirdi. Bir əsrə yaxındır onun sağ olduğu deyilir və ya həmin şəxsi kimsə əvəz edir. Filadelfia sınağındakı gəmiyə iki  güclü generator yerləşdirilmişdi.

Bu layihəyə göy qurşağı adı verilmişdi. Elektrik keçicisi açılaraq çox güclü və möhkəm maqnetik sahə yaradır. Gəminin ətrafında yaşıl rəngdə duman əmələ gəlir sonra isə göz qamaşdıran işıq sayəsində yoxa çıxır. Gəminin heyəti isə başına gələcək hadisədən xəbərləri yox idi. Heyətin bir hissəsi gəmi divarlarından keçir, bəzilərinin mədəsi bulanır, digərlərinin isə başları fırlanır. Kimlər isə həqiqətən dəli olmuş, kimisi də toxunulana qədər heykəl kimi donub qalırdı. Hətta bəzilərinin bədənlərinin yarısı görsənmirdi.  Yay aylarında baş tutan bu sınağa Oktyabr ayında yekun vurulur.  Nəticə daha inanılmaz olur. Gəmi yoxa çıxır və bir neçə yerlərdə peyda olur. Altı dəqiqə ərzində dünyanın bir çox limanları gəminin görünüb yoxa çıxması barədə məlumat verirlər. Bu dəfə gəmi heyətinin vəziyyəti daha faciəvi olur. Gəmi heyəti taleyin ümidinə buraxılır. Sınağa isə son verilir. Sınaqdan qısa müddət sonra bütün sənədlər yoxa çıxmağa başladı.

Kamran Əliyev

 



Redaktorun seçimi