Sevgi haqda maraqlı fikirlər

151 dəfə oxunub
Sevgi haqda maraqlı fikirlər
1 Tezeza Ana:  Gəlin həmişə bir-birimizi təbəssümlə salamlayaq, təbəssüm sevginin başlanğıcıdır. 
 
2. H. Jackson Brown, Jr. : Bəzən gözlərin görmədiyini ürək görür. 
 
3. Oskar Vayld:  Ürəyinizdə sevgi saxlayın. Sevgisiz həyat günəş şüaları düşməyən bağ kimidir, orda bütün güllər ölür. 
 
4. Max Muller: Çiçək gün işığı olmadan çıçəkləyə bilməz, insan da sevgisiz yaşaya bilməz. 
 
5. Lao Tzu: Kiminsə sizi dərindən sevməsi sizə qüvvət verir. Kimisə dərindən sevmək isə sizi  casarətli edir. 
 
6. Aristotel: Sevgi iki bədəndə məskən salan bir ürəyin nəğməsidir. 
 
7. Paul Tillich: Sevginin birinci vəzifəsi qulaq asmaqdır. 
 
8. John Galsworthy: Sevginin yaşı yoxdur, sərhəddi yoxdu: o ölmür. 
 
9. Eva Gabor: Sevgi elə bir oyundur  ki, iki tərəf oynayıb hər ikisi qalib ola bilər. 
 
10. Viktor Hüqo: Həyat bir çiçəkdir, bu çiçək üçün sevgi baldır. 
 
11. Francois de La Rochefoucauld:  Əsl sevgi ruh kimidir, hamı ondan danışır , amma  çox az adam onu görüb. 
 
12. Iris Murdoch:  Sevgini yalnız sevməklə öyrənə bilərik.
 
13. Judy Garland:  Mən pulsuz yaşaya bilərəm sevgisiz yox. 
 
14. H. L. Mencken: Sevgi də müharibə kimidir, başlamaq asandır, dayandırmaq çətin. 
 
15. David Viscott:  Sevmək və sevdiyin tərəfindən sevilmək günəşi hər iki tərəfdən hiss etməyə bərabərdir. 
 
Tərcüməçi: Sevil Gültən
 
 
 



Redaktorun seçimi