Hermann Hessedən maraqlı fikirlər

200 dəfə oxunub
Hermann Hessedən maraqlı fikirlər

1.  Həmişə inanmışam ki, hələ də inanıram ki, taleyin bizə bəxş etdiyi yaxşı ya  pis nə varsa biz ona məna verib qiymətli edə bilərik.

2. İnsan bədən olaraq təkdir, amma  qəlbən heç vaxt tək deyil.

3. Əgər kiməsə nifrət edirsənsə sən onda olan nəyəsə nifrət edirsən ki, bu  da  sənin bir hissəndir. Bizim bir hissəmiz olmayan şeylər bizi heç vaxt narahat etmir.

4. Bir qadının təbəssümü üçün illəri sərf etmək- xoşbəxtlikdir.

5. Əgər bir adamın yeməyə heç nəyi yoxdursa ən ağıllı seçim oruc tutmaqdır.

6. Hər şey bir as yüksəkdən deyiləndə bir az fərqli olur.

7. Əgər sevgi nə olduğunu bildimsə, buna səbəbkar sənsən.

8. Eh..Sevgi bizi xoşbəxt etmək üçün deyil. O bizim nə qədər dözə biləcəyimizi yoxlamaq üçün mövcuddur.

9. Əgər kimisə sevirsənsə onu günahları ilə birgə sevirsən.

10. Əbədiyyətdə zaman yoxdur, bircə uzun an var.

11. Sənin qəlbin bütöv dünyadır.

12. Hər kəs möcüzə yarada bilər, hər kəs məqsədinə çata bilər- əgər fikirləşməyi bacarırsa, gözləməyi bacarırsa…

13.  Sevgini hədiyyə kimi ala bilərsən, onu küçədə də tapa bilərsən, amma heç kim onu oğurlaya bilməz.

14. O sevdi və özünü tapdı. Amma bəzi adamlar özlərini itirmək üçün sevirlər.

15.  Geniş mənada dəlilik müdrikliyin başlanğıcıdır.

16. Yazmaq yaxşıdır, amma düşünmək daha yaxşı. Ağıllı olmaq yaxşıdır, amma səbirli olmaq daha yaxşı.

17. Mən özümdən öyrənmək istəyirəm, öz tələbəm olmaq istəyirəm, özümü tanımaq istəyirəm.

18. İnsanın  əsl işi özünə gedən yolu tapmaqdır.

19. Xoşbəxtlik “ nə” deyil, necə” dir.

20.  Tənhalıq müstəqillikdir.

Tərcüməçi: Sevil Gültən

 

 

 

 

 

 

 

 



Redaktorun seçimi