Evlilik haqqında maraqlı fikirlər

112 dəfə oxunub
Evlilik haqqında maraqlı fikirlər

 

1. Franz Schubert: O kişi xoşbəxtdir ki, həyatda əsl dostunu tapır, əgər bu dost onun arvadı olarsa bu daha böyük xoşbəxtlikdir. 

2. Mignon McLaughlin: Uğurlu evlilik eyni adama dəfələrlə vurulmaq deməkdir.

3. Friedrich Nietzsche:  Bədbəxt evliliyə səbəb sevginin olmaması yox, dostluğun olmamasıdır.

4. Socrates:  Necə olursa olsun, evlənin! Yaxşı arvadınız olsa xoşbəxt olacaqsınız, pis arvad qismətinizə çıxsa filosof olarsınız.

5. Michel de Montaigne:  Ən xoşbəxt evlilik kor arvadla kar ərin evliliyi olardı.

6. Abraham Lincoln: Evlilik nə cənnətdir nə də cəhənnəm, o sadəcə məşhərdir.

7. James Dobson: Evlənəndə düşünmə ki, sən o adamla yaşaya bilərsən, eləsiylə evlən ki, sən onsuz yaşaya bilmərsən.

8. Prince Philip: Əgər kişi arvadı üçün maşınının  qapısını açırsa ya arvadı təzədir,  ya da maşını.

9. Michel de Montaigne: Evlilik qəfəsə bənzər: Qəfəsdən kənarda olan quşlar  qəfəsin içində olmadığı üçün qəmgin olar, içəridəki quşlar da orda olduqları üçün bikef olar.

10. Ambrose Bierce: Sevgi evliliklə müalicə oluna bilən müvəqqəti ağılsızlıqdır!

11. Gilbert K. Chesterton: Evlilik də müharivəyə getmək kimi bir macəradır.

12. Eddie Cantor: Evlilik dəfn mərasimidir, amma bu vaxt sən öz tabutunun  üstünə qoyulan gülləri iyləyə bilərsən.

13. Johnny Carson: Evli kişilər subay kişilərlə müqayisədə daha uzun ömür yaşayırlar. Amma evli kişilər subaylara nisbətən ölməyi daha çox arzu edirlər.

14. Benjamin Franklin: Evlənməmişdən əvvəl gözlərini daha geniş aç, evlənəndən sonra gözlərini yarıyumulu saxla.

15. Booth Tarkington:  İdeal arvad yalnız ideal əri olandır.

16. Matt Damon:  Mənim arvadım mənim qəlb yoldaşımdır. Onsuz olmağı ağlıma gətirə bilmirəm.

17. Henry Ward Beecher: Xoşbəxt evliliyi olanların qanadları, bədbəxt evliliyi olanların isə qandalları var.

18. Joe Murray Evlilik duet kimi olmalıdır: biri oxuyanda o biri əl çalmalıdır.

19. Yoko Ono: Gəlin etiraf edək ki. evlilik qumar dır.

20. George Jessel: Evlilik  hər kəsin etməli olduğu bir səhvdir.

Tərcüməçi: Sevil Gültən

 


 



Redaktorun seçimi