Türkiyədən diplomatiya dərsi - Hitlerə, Stalinə necə qalib gəldilər?

978 dəfə oxunub
Türkiyədən diplomatiya dərsi - Hitlerə, Stalinə necə qalib gəldilər?

Türkiyə İkinci Dünya müharibəsinə niyə qoşuldu

Məqalənin başlığına baxınca düşünə bilərsiniz ki, Türkiyə İkinci Dünya müharibəsinə qatılmadı, o sadəcə bitərəf ölkə idi. Türkiyə İkinci Dünya müharibəsinə birbaşa qoşulmasa da Münhen paktı  dövlətlərinə - xüsusən Almaniyaya və Yaponiyaya müharibə elan etmişdi. Türkiyəni bu müharibəyə qoşulmağa vadar edən səbəblər nə idi? Türkiyə niyə İkinci Dünya müharibəsi boyunca bitərəf qalmışdı?

 Türkiyə Cumhuriyyəti qurulduğunu elan etdikdən etibarən dövlətin qurucusu olan Atatürk yurdda sülh - cahanda sülh siyasəti ilə ölkəni idarə edirdi. Atatürk İkinci Dünya müharibəsinin öncədən baş verəcəyini ehtimal edən General Makartur ilə görüşlərində qeyd edirdi ki, Almaniyanın İkinci Dünya müharibəsinə başlayacağını ehtimal edirdi və müharibədə tərəf şəklində çıxış etmək istəmirdi. İkinci Dünya müharibəsinin başlanğıcından  və 1945-ci ildə bitməsinə qədər Almaniya, İngiltərə və digər dövlətlər tərəfindən müharibəyə qoşulmağa vadar edilmişdi. Türkiyə dövləti müxtəlif edilmiş cəhdlərə rəğmən, İkinci Dünya müharibəsində bitərəf qalmışdı. İkinci Dünya müharibəsinin 1939-cu ildə başlayacağından şübhələnən dövlətlər Almaniya və İtaliyanın aqressiv davranışlarını görərək  öz aralarında bir neçə ittifaq barədə anlaşmalar imzaladılar. Türkiyə də bu istiqamətdə Fransa və İngiltərə ilə Sülh cəbhəsində olduğunu bildirən bir razılaşma imzaladı. Sovet İttifaqının başçısı Stalin Almaniya kansleri olan Hitler ilə bir-birinə hücum etməmək ilə bağlı razılaşma imzalamışdılar ancaq bu razılaşma sonradan Hitler tərəfindən pozuldu. Almaniya və Fransa Türkiyə ilə münasibətlərini daha da irəli aparmaq üçün  Oktyabrın 19-u Ankarada ittifaq razılaşması imzaladılar. Bu razılaşmaya görə əgər hansısa Avropa ölkəsi Türkiyəyə müharibə elan edərsə,  Fransa və İngiltərə Türkiyəyə yardım edəcək və ya əksinə Türkiyə onlara yardım edəcək.

Bu ittifaqda Türkiyəyə nəyə görə əsgər göndərilmədi sualı yaransa, demək lazımdır ki, İkinci Dünya müharibəsi başlayandan dərhal sonra Fransanın bütövlüklə işğal olunması və təslim olunması səbəbi ilə İngiltərə də əsgər göndərmək məsələsində o qədərdə israr etmirdi. Bu səbəbdən Türkiyə  müharibəyə qoşulmamışdır. İtaliyanın 1940-cı ildə müharibəyə  qoşulması ilə əlaqədar müharibə Aralıq dənizi sahillərinə qədər gəlib çıxmışdır. Bütöv Balkan yarımadası Faşistlər tərəfindən 1941-ci ildə işğal olunmuşdu. Müharibə Türkiyə sərhədlərinə yaxınlaşdıqca Yaxın Şərqdə öz maraqlarını və neft yataqlarını nəzərə alan İngiltərə Türkiyədən müharibəyə qoşulmasını xahiş etmişdi. Bu arada Faşistlərin Sovet İttifaqına hücum planı var idi. Cənub cəbhəsini zəmanət altına alaraq Almaniya Türkiyəyə hücum etməmək barədə razılaşma imzalamağı təklif etdi. Təklifi müsbət dəyərləndirən Türkiyə 18 İyun 1941-ci ildə  Türk-Alman Dostluq Paktı imzaladı. Bu anlaşmaya əsasən Türkiyə və Almaniya bir-birilərinə hücum etməyəcəyi barədə zəmanət vermişdilər.  Müharibə 1942-ci ildə qızğın templə davam edərkən hər iki tərəf Türkiyəni öz yanlarına çəkməkdə  çoxlu sayda cəhdlər etmişdilər. Türkiyə hərbi - strateji baxımdan bəhanələr gətirərək bütün təklifləri rədd etmişdi. ABŞ və İngiltərə 1943-cü ildə Almaniyanın müharibədə məğlub olacağını bilərək Türkiyəni öz tərəflərində müharibəyə qoşulmasını istəmişlər. Onların məqsədləri qələbədə Türkiyənin də payının olması idi. Əsl məqsədləri həqiqətən də bu imiş bunu bilmirik, amma niyyətlərinin o istiqamətdə olduğunu nümayiş etdirmişdilər. Buna görə də İngiltərənin rəhbəri Çörçil 30 Yanvar 1943-cü ildə Adanada İsmət İnönü ilə qatarda görüşmüşdü. Türkiyənin müharibəyə qoşulması ilə bağlı görüşlər davam edərkən ABŞ  İngiltərə və Rusiya ilə təşkil olunan toplantıda Türkiyənin müharibəyə qoşulması barədə təzyiqləri artırmağa qərar vermişdilər. Bu səbəblə Çörçil və Ruzvelt 3 Dekabr 1943-cü ildə İsmət İnönünü Qahirəyə dəvət etmişdilər.

İsmət İnönü yenə də müharibəyə qoşulmayacağını bəyan etdikdən sonra 1944-cü ilin Aprelində müttəfiq ölkələr Türkiyəyə hərbi yardımı dayandırmışdılar. Bundan sonra Almaniyanın müharibədə məğlub olacağını bilən Türkiyə Almaniya ilə 1944-cü ilin Avqustunda bütün əlaqələrini kəsmişdi. Daha sonra 6 Yanvar 1945-ci ildə Yaponiya ilə bütün əlaqələrini kəsmişdi. Almaniya ilə siyasi əlaqələrini 23 Avqust 1944-cü ildə kəsən Türkiyə müharibədən sonra təşkil olunan Sülh Konfransında  müttəfiq ölkələr ilə eyni fəaliyyəti həyata keçirəcəyi barədə zəmanət alaraq Almaniya ilə bütün əlaqələri kəsdi. Türkiyənin Almaniya ilə  ilk olaraq  əlaqələrini kəsməsinə səbəb xrom daşınması olmuşdur. Türkiyə Almaniyaya həyata keçirdiyi xrom daşınmasını 1941-ci ildə dayandırmışdı.

Türkiyə İkinci Dünya müharibəsinə rəsmi olaraq qoşulur

İngiltərə 1945-ci ilin Fevralında və Aprelin 25-də San Fransisko Konfransına və yeni qurulacaq Birləşmiş Millətlər Təşkilatının üzvlərinin Martın 1-nə qədər Almaniya və Yaponiyaya qarşı görüş olduğunu bildirəndən sonra Türkiyə  23 Fevral 1945-ci ildə Almaniyaya müharibə elan etmişdi. Berlinin  Amerika Hava Qüvvələri tərəfində aramsız bombalanması və yerlə bir edilməsi ilə Almaniya məğlub duruma düşmüşdü, bu səbəbdən Türkiyə cəbhəyə öz əsgərlərini göndərməmişdi. Yeni qurulacaq olan Birləşmiş Millətlər Təşkilatının kənarında qalmamaq üçün Türkiyə müharibənin sona çatmasına az müddət qalmış İkinci Dünya müharibəsinə qoşulmuş və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvləri arasında yer almışdı.

Kamran Əliyev

Faktor.az



Redaktorun seçimi