Qadınlar üçün ən təhlükəsiz ölkələr açıqlandı

33 dəfə oxunub
Qadınlar üçün ən təhlükəsiz ölkələr açıqlandı

Corctaun Universitetinin (ABŞ) mütəxəssisləri müxtəlif ölkələrdə qadınların təhlükəsizliyi ilə bağlı vəziyyəti təhlil ediblər.

 İspaniya qadınların özlərini maksimum təhlükəsiz şəraitdə hiss etdiyi, həmçinin bərabərsizliyə və gender zorakılığına daha az məruz qaldığı ölkələr sırasındadır.

Tədqiqatçıların fikrincə, qadınlara ən çox hörmət bəslənən ölkələrin reytinqində İspaniya beşinci yerdədir. Bu göstəriciyə görə İspaniyanı yalnız İslandiya, Norveç, İsveçrə və Sloveniya qabaqlayır.

 

Cəmi 153 dövlət təhlil edilib. Ən pis göstəricilər Yəməndə, Suriyada və Əfqanıstanda qeydə alınıb.

Təhlil prosesində gender zorakılığı ilə bağlı hadisələrin sayı, parlamentdə qadınların sayı, qadınların və kişilərin maaşlarında fərq, təhsilin əlçatanlığı, küçədə qadınlar üçün təhlükəsizlik, həmçinin ayrı-seçkilik xarakterli qanunların mövcudluğu kimi meyarlar nəzərə alınmışdır.(azərtac)



Redaktorun seçimi