Hind Atalar sözləri

119 dəfə oxunub
Hind Atalar sözləri

 

1. Küləyin istiqamətini dəyişə bilmərik, amma gəminin istiqamətini dəyişmək olar. 
 
2. Pələngin nəyə oxşadığını bilmək istəyirsənsə pişiyə bax.
 
3. Başqalarından üstün olmaqdansa çalış öz keçmiş mənindən üstün ol.
 
4. Fil darda olanda hətta qurbağa da onu təpikləyər
 
5. Bədən fiziki baxımdan müxtəlif orqanlardan təşkil olunduğu kimi, mənəvi  varlıqlar da mövcud olmaq üçün bir-birindən asılıdır.
 
6. Beynə nəzarət etmək əqrəb dişləyən sərxoş meymunu nəzarət etməyə bənzəyir.
 
7. Böyük beyin sahibləri ideyaları, orta beyin sahibləri hadisələri, kiçik beyin sahibləri isə insanları müzakirə edir.
 
8. Kim ki, verir, hər şeyi var, verməyənlərin heç nəyi yoxdur.
 
9. Oğru elə bilir ki, hamı oğurluqla məşğuldur. 
 
10. Çayda yaşayırsansa timsahla dostluq etməlisən
 
11. Hətta okeanda tapmadıqlarını balaca çayda tapa bilərsən
 
12. Bir dəli itlər, bir də ingilislər günün günorta çağı gün altında olurlar.
 
13. Allahı pələngi yaratdığına görə günahlandırma, ona qanad vermədiyinə görə ona minnətdar ol
 
14. Odu dadsan ağzın yanacaq, kreditlə yaşasan- qururun yanar.
 
15.  Köhnə səbr təzə həkimdən yaxşıdır
 
Tərcüməçi Sevil Gültən
 



Redaktorun seçimi