Qədim türklər kimdir? - Onlar necə yaşayırdılar?

659 dəfə oxunub
Qədim türklər kimdir? - Onlar necə yaşayırdılar?

İnsan özü və dünya haqqında fikirləşərkən keçmişini araşdırmaya bilməz. Mən kiməm? Əcdadım kim olub? Bu həqiqətə ciddi yanaşdıqda insan oğlu tarixin ön səhifələrinə də baş vura bilir.

Qədim türklər kimlərdir? Onların yaşam tərzi necə olub?

Roma tarixçiləri Pomponius Mela (eramızın I yüzilliyi) və Yaşlı Plinius (eramızın ll yüzilliyi) Azov dənizi yaxınlığında yaşamış qədim türk tayfasından -" Turcae"dən (və ya Tyurcae) bəhs etmişdir.    "Türk" adının qeyd olunduğu ilk tarixi sənəd eramızın ll yüzilliyinə aiddir. Çin tarixində isə bu kəlmənin işlədilməsi 550-ci ildən başlayır. E.ə. ll yüzilliyə aid olan mənbələrdə sözün "Tüe çi", "Tüe ki" kimi müxtəlif formalarına rast gəlinir. Türklərin özlərinin ilk dəfə "türk" kəlməsini yazmaları Orxon abidəsində rast gəlinmişdir(eramızın Vlll əsri). Bu fakt, əlbəttə, türklərin sözü gedən tarixdən yaranmaları anlamına gəlmir.

Artıq Vl-Vlll yüzilliklərdən yazılı sənədlə tarixə məlum olan türklər o zamanlardan Altay bölgəsində yaşamışdırlar. Bugünkü Rusiya- Çin- Monqolustan-Qazaxıstanı əhatə edən böyük ərazidə müasir türkdilli xalqların əcdadları bir toplum olaraq yaşamışlar.

Təxminən, e.ə. V minillikdə Altay dağları ətrafında bu gün"Altay" dili deyilən dildən istifadə olunurdu. Sonralar Türk, Moğol, Tunquz, Mançu tayfaları Altay mədəniyyəti adı ilə birləşmişlər.

Bəzi alimlər hətta Koreya və Yapon dillərini də Altay dillərinə aid edirlər. Beləliklə, orta Asiyadan şərqə uzanan böyük bir dil-qohumluq bağlılığı olması fikri irəli sürülür.

7000 il öncə köçəri həyat tərzi sürülürdü. Bunun səbəbi ovçuluğun başlıca peşə olması idi.  Münbit torpaqların azlığı əkinçiliyin yayılmasına mənfi təsir etmişdir. Münasib olmayan iqlimin də rolu var idi. Köçəri tayfaların qarşıdurmaları da oturaq həyata maneə idi.

E.ə. V minillikdə atın əhilləşdirilməsi həyat üçün daha da təhlükə yaratdı. Üzənginin kəşfi ilə atlılar orta Asiyada döyüş taktikalarını artırırdılar. Bu ünsürlər türk tayfalarının min illərlə köçəri qalmalarına səbəb olmuşdur. İlxı üçün otlaqların axtarılması da köçəri həyatın səbəblərindən idi.

Azadlıq əsas qayə idi. Köçəri həyat qədim türklərin acizliyi deyil, seçimləri olub.

Böyük türk toplumunun "qanunlarına" görə, başqaları tərəfindən tabe edilməmək üçün daim hərəkətli həyat tərzində olmaq lazımdır. Bir yerdə qərarlaşmaq tabe olmaq anlamına gəlirdi. E.ə. 1000-ci illərə qədər məqsəd yaxşı yaşamaq yox, həyatda qalmaq idi.

Dünyada ən həcmli, zəngin dastanlar türk xalqlarına aiddir. Türk dili danışıldıqca genişlənmişdir. Axıcı və anlaşıqlı olmuşdur. Türklərin dini həyatı da dili kimidir. Sadə və aydın üslubludur. Miflərində qurd, ayı, dağ kimi ünsürləri simvollaşdıran türklər inanclarında "Tanqrıçılıq" kimi mükəmməl etiqada yiyələnmişlər. Əski dini inanclarına görə yalnız bir tanrı vardır. Təbiətin fövqündə olan tanrının ətrafında xeyir və şər ruhlar vardır. Bütün dinlər tanrıdandır və həqiqəti yalnız o bilir.

Bu gün də yaşayan "qırx çıxarma", "qurşaq tökmə", "nəzər" kimi adət-ənənələrin kökü "Tanrıçılıq"dan əvvələ gedir. Yetərincə çoxalan orta Asiya terkləri Qərbə köç etmişdir. İksit və Hun tayfalarının nəsilləri bu gün də avropada yaşamaqdadır. Şərqə doğru yayılan türklər isə Hindistanda, İranda, Türk dövlətlərini qurmuşlar. X yüzillikdə Qafqaza yönələrək Anadolu və Afrikaya gəlmiş, burada da imperatorluq yaratmışlar. Osmanlı dövlətini quran Osmanoğulları Oğuz nəsillərindəndir. Bu gün Türkiyə Cumhuriyyətində ayrıseçkilik olmadan çoxlu türkdilli etnik qruplar yaşamaqdadır. Onlarla yanaşı ərəblər, kürdlər kimi digər millətlər də yaşayır.

Cavid Şeydayev

Faktor.az



Redaktorun seçimi