Dostoyevskinin maraqlı fikirləri

235 dəfə oxunub
Dostoyevskinin maraqlı fikirləri

Faktor.az Dostoyevskinin maraqlı fikirlərini təqdim edir.

 
1. Xoşbəxtlik xoşbəxtliyin içində deyil, onu əldə etdiyin anlardadır. 
 
2. Gözəllik sirli olduğu qədər də dəhşətlidir. Allah və şeytan orada vuruşurlar, onların döyüş meydanı isə insan ürəyidir. 
 
3. Mənə görə ən ağıllı adam ən azı bir ay ərzində özünü bircə dəfə də olsa “axmaq” adlandırandır. 
 
4. İnsanları gülüşünə görə də tanımaq olar. Əgər haqqında heç bir məlumatınız olmayan bir adamın gülüşü xoşunuza gəlirsə siz inamla deyə bilərsiniz ki, o yaxşı adamdır. 
 
5. Ümidsiz yaşamaq həyata son qoymaqdır. 
 
6. Ən böyük xoşbəxtlik bədbəxtliyin mənbəyini bilməkdir. 
 
7. “ Cəhənnəm nədir? “- məncə bu sevə bilməməkdir. 
 
8 Gecə nə qədər qaranlıqdırsa ulduzlar bir o qədər parlaqdır, kədərin nə qədər dərindirsə Allaha bir o qədər yaxınsan.
 
9. Öz yolunda səhv etmək başqalarının yoluyla düz getməkdən daha yaxşıdır. 
 
10. Arzularımı yerlə -yeksan et, ideallarımı yox et, mənə onlardan yaxşı nəsə göstər, mən onda sənin arxanca gedərəm.
 
11. Bu mənim sizə son mesajımdır: kədərin içində xoşbəxtlik axtarın
 
12. Əgər bu dünyaya üstün gəlmək istəyirsinizsə onda özünüzə qalib gəlin. 
 
13. Günəş olun, onda hamı sizi görəcək. 
 
14. Yalnız Allah bilir ki, içimdə mənim əvəzimdə kim var. 
 
15. Həyat cənnətdir, biz hamımız da cənnətdəyik, amma biz bu cənnəti görməkdən imtina edirik. 
 
16. Allah ölüm qorxusunun əzablarıdır. 
 
17. Biz hamımız əbədiyyətin vətəndaşlarıyıq.  
 
Tərcüməçi Sevil Gültən
 
 
 



Redaktorun seçimi