"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

Hit: 281
"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

ABŞ Prezident Administrasiyası "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir.

Faktor.az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "Google" və "Facebook"u dəfələrlə qərəzli yanaşmada ittiham edərək tənqid edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edir.

 









Redaktorun seçimi