Süni intellektin gələcəyə təsiri necə olacaq?

Hit: 1521
Süni intellektin gələcəyə təsiri necə olacaq?

Süni intellektin gələcəyə təsiri necə olacaq

Texnologiyanın inkişafı ilə çoxlu işləri az güc sərf edərək etməyi öyrənmişik. Sənayedə xidmət, sektorunda  və hətta şəxsi həyatımızda inkişaf etmiş texnologiyadan faydalanacayıq. Qarşıdakı illərdə texnoloji inkişaf get-gedə artacaq. Texnoloji inkişaf ilk olaraq iqtisadiyyatç siyasət daha sonra isə sosial həyatımıza təsir edəcək. Belə ki, qarşıdan gələn 30 il ərzində 1000 ildə baş vermiş inkişafdan daha çox inkişaf baş verəcək. Son nəticə olaraq baş verəcəık dəyişikliyin gözə çarpan hissəsi süni intellekt olacaq. Süni intellekt dedikdə biz onun böyük həcmli məlumatlardan istifadə etmə, düşüncə, anlamaq bacarığını və hərəkətlərin cihazların üzərindən həyata keçirilməsi kimi tanıyırıq. Başqa sözlə desək süni intellekt kompyuterlərin müxtəlif fəaliyyətlərini həyata keçirən ağıllı canlılar kimi hərəkət edən,  qarışıq problemləri həll edən bir elm sahəsidir. Əslində süni intellekt uzun müddətdir bizim həyatımızın bir hissəsidir. Google, Apple Sirisi kimi axtarış vasitələri bizim gündəlik olaraq istifadə etdiyimiz süni intellekt nümunələridir. Deyilənə görə kiçik kompyuterlər belə bütün insanların ağlını daha çox üstələyəcək. Müasir dünyamızda məşhur nəhəng texnologiya şirkətlər süni intellekt sistemlərini inkişaf etdirmək üçün milyonlarla dollar xərcləyirlər. Süni intellektin sürətlə inkişafının doğuracağı nəticələri heç kim bilə bilməz. Beynimizdə cavablaya bilmədiyimiz bir sıra suallar var.  Buna misal olaraq süni intellekt həyatımızda nələri asanlaşdıracaq? Hansı işləri insanların əvəzinə süni intellekt yerinə yetirəcək? Süni intellekt işsizliyəmi səbəb olacaq? Məşhur alim Stefen Hokinqin dediyi kimi insanların sonunumu gətirəcək?

Gözlənilən dəyişikliklər

Süni intellektin səbəb ola biləcəyi bir həqiqət var. İnsanların gördükləri işləri artıq süni intellekt edəcək. Oksford Universitetinin apardığı araşdırmaya əsasən süni intellektin inkişafı ilə 15-20 il ərzində Amerikada işlərin 50% -i yox olacaq. Müxtəlif sektorlarda həyata keçirilmiş bir neçə nümunəyə nəzər yetirək.

Səhiyyə

Xəstələr öz simptonlarını telefonun o biri tərəfində olan süni intellektə deyəcək. Kameradan istifadə edərək süni intellektin görmək istədiyi yerləri göstərəcəklər. Süni intellektli sistemdə xəstələrə ağrı kəsici dərman qəbul etmələrini və ya həkimə getməli olduqlarını məsləhət görəcək. Süni intellekt resepləri oxuya biləcək və onlara şərh verə biləcək. Beləcə həkimlərin işlərini sürətləndirəcək və asanlaşdıracaq.  Süni intellekt bu məlumatlardan istifadə edərək xəstələrə diaqnoz qoya biləcək. Xəstədə simptomlara yol açan yüzlərlə səbəb ola bilər. Ən yaxşı həkimin belə hər şeyi yadda saxlaması mümkün deyil.

Təhsil

Tələbələr və şagirdlər dərslərini süni intellekt vasitəsilə edəcəklər. Öyrənmə prosesini izləyə biləcəklər. Tələbə və şagirdlərə onların özlərinə uyğun sürətdə davam etmələrinə yardım edəcəklər. Təhsil sözün əsil mənasında fərdiləşəcək.

Maliyyə

Brokerlər hissə sənədlərini alış satış kimi maliyyə yatırımı qərarlarını  süni intellektə təhvil verəcəklər. Banklarda arxa ofis kimi bilinən yerlərdə işçilərin əvəzinə  işləri robotlar həyata keçirəcək. Bu gün Blumberq şirkəti xalqa açıq olan şirkətlərin maliyyə hesabatlarını robotlarla həyata keçirir.

Nəqliyyat

Süni intellektlə ilə işləyən avtomobillər, yük maşınları, avtobuslar olacaq.

Əyləncə

Səyahət agentlikləri kimi araşdırma və seçimlər təklif edən xidmətlər yox olacaq. Bu işləri süni intellekt həyata keçirəcək.

Digər sahələr

Ofisiantlıq, ofis idarəetmə, təmizlik, araşdırma kimi sahələr artıq süni intellekt tərəfindən həyata keçiriləcək. Misal üçün iclaslarımızı süni intellekt də dinləyəcək və işimizə faydalı ola biləcək məlumatları internetdən araşdıraraq qarşımıza çıxaracaq.

Gözlənilən dəyişikliklərin nəticələri

Yuxarıda qeyd etdiyimiz nümunələrin yaratdığı dəyişiklik nəticəsində işsizliyin artması səbəbi ilə süni intellekt bir çox insanda qorxu yaradacaq. Süni intellektin qısa zaman ərzində təsiri az olsa da uzun zaman müddətində vəziyyətin tam əksi baş verəcək.  Dünyada müəyyən işlərin məhv olması və yeni işlərin yarana biləcəyi yeni bir fakt deyil. Amerikada yanacaq doldurma məntəqələri bunun gözəl nümunəsi hesab olunur. 1960-cı illərdə Amerikada yanacaq doldurma məntəqələrinin işçilərinin hamısı insanlar idi. 1980-ci illərdə yanacaq doldurma məntəqələrinin 80%-i, müasir dövrümüzdə isə demək olar ki tamamilə özünü xidmətdir. İlkin mərhələdə insanlar yanacaq doldurma məntəqələrində işlərini itirsələr də avtomatlaşmanın gəlməsi ilə yeni və daha yaxşı iş yerləri yaranmağa başladı. Yanacaq doldurma məntəqələri özünü xidmətə keçdikcə yanacaq paylayan vasitələri istehsal edən şirkətlərin sayı da artdı. Sözügedən şirkətlərin yaranması ilə işə qəbul ehtiyacları artmağa başladı. Yanacaq doldurma məntəqələrində işçi xərclərinin azalması ilə əlaqədar məntəqə sahibləri marketlər açmağa başladılar. Burada işçilərə ehtiyac duyulmağa başlanıldı. Bu məntəqələrdə işlərini itirmiş işçilər daha sonra orada onlar üçün  bundan da  yaxşı iş imkanları yarandı. 100 il əvvəl mövcud olan işlər 50 il bundan əvvəl olan işlər ilə eyni deyil. Eynilə 50 il əvvəl etdiyimiz işlər indi etdiyimiz işlər ilə eyni deyil. Heç birimizin ulu nənəsi və ya babası Axtarış Sistemlərinin Optimallaşdırılması üzrə mütəxəssis və ya Məlumat Təhlilçisi kimi işlərə sahib deyildi. Lakin indi ki dövrdə bu  peşələr vacib və yaxşı qazanc gətirən peşələrdir. Nəticə olaraq süni intellektin inkişaf etdirilməsi ilə müasir peşələr meydana çıxacaq və süni intellekt insanlara insanların uyğun iş tapmaqlarını asanlaşdıracaq. Bu işlər gözlənildiyi kimi az və təkrarlanmayan işlər olacaqdır.

Artıq kimsə sizi bu insan çox şey bilir deyə işə qəbul etməyəcək. Məlumatın vacibliyi azalarkən məlumatı tətbiq etmə bacarığı önə çıxacaq. Süni intellektin səbəb ola biləcəyi digər nəticə isə insanların işləməsinə daha az ehtiyac duyulacaq. Bu artıq siyasi bir problem olacaq. Artan gəlirin insanlar arasında hətta ölkələr arasında bölüşdürülməsi lazım olacaq. Bəlkə də işsizlərə zəmanətli gəlirlər tətbiq olunacaq. Nəticədə süni intellektin yarada biləcəyi bəzi məsələləri bu gündən öyrənməyimiz mümkün olmayacaq.  Amma əmin olduğumuz bir şey var ki, süni intellekt həll edə bilmədiyimiz problemləri bizə həll etməkdə yardım edəcək. Sözügedən müddətləri sürətləndirəcək. Süni intellektdən istifadə edərək xərçəng, Parkinson xəstəliyinə, qlobal istiləşməyə, yoxsulluğa qalib gələcəyik. Hər bir məsələdə daha məntiqli qərarlar verə biləcəyik. Müharibələrin baş verməsinə mane olacayıq. Süni intellekt qarşıdakı 30 ildə həyatımızda yaşanan dəyişikliklərin önəmli hissəsi olacaqdır.

Kamran Əliyev

Faktor.az









Redaktorun seçimi