Android telefonu kompüterdən idarə etmək

Hit: 1218
Android telefonu kompüterdən idarə etmək

Bu tətbiq vasitəsi ilə android telefonunuzu kompüter ekranından idarə edə biləcəksiniz.

Android telefonu kompüter ekranından idarə etmək hər kəsə maraqlı həmçinin lazımlı tətbiqdir. Telefonunuzun ekranı zədələndikdə və başqa hallarda telefonunuzdan bu üsul vasitəsi ilə rahat istifadə edə bilərsiniz.Tətbiqdən istifadə etmək üçün aşağıdakı  göstərişləri yerinə yetirmək lazımdır:

1. İlk olaraq Google Chorme-dan marketə girərək kompüterinizə Vysor tətbiqini yükləyin.

2.Daha sonra isə Android telefonunuzdan Google Play-ə girərək Vysor tətbiqini yükləyin.

3. Telefonunuzda yaradıcı seçimlərdən Usb sazlanmasını açın .( Telefonunuzda yaradıcı seçimlər bölümünü açmaq üçün Parametrlər >Cihaz haqqında > Model nömrəsini 7 dəfə klikləyin)

4. Indi isə kompüterinizə yüklədiyiniz Vysor tətbiqini açın və Find Devices bölümünü seçin. USB ilə kompüterinizə bağlı olan telefonunuz təsbit ediləcək. Seçin və qoşulun.

5.Kompüterdən  telefonu seçdikdə telefonunuzun ekranında bu proses üçün icazə istəniləcək və OK-a basaraq tətbiqdən istifadəyə başlaya bilərsiniz.

Gülbəniz Cəfərova

Faktor.az









Redaktorun seçimi