Süni intellekt nədir?

Hit: 4564
Süni intellekt nədir?

Süni intellekt nədir?

Süni intellekt texnologiyası nədir

Süni intellekt insanlar kimi bir neçə müxtəlif işləri həyata keçirən cihazlar yaratmaq məqsədilə kompyuter elmlərinin bir nsahəsidir. Ümumilikdə süni intellekt  insanların düşünmə üsullarını təhlil edib inkişaf etdirir. Süni intellekt həmçinin də sənayedə də istifadə olunur. Süni intellekt cihazlarının insana xas məlumat mühakimə problemləri həll etmə hisslər öyrənmə planlama obyektləri idarə etmə və daşıma kimi bacarıqları olacaq. Bununla yanaşı düşüncələrini biruzə vermək və fiziki olaraq onları göstərmək məqsədi daşıyır. Süni intellekt cihazları öyrənmə yeni məlumatlar əldə etmə insanın həyata keçirdiyi tapşırıqları yerinə yetirə biləcəyi mümkün olacaq. Şahmat oynayan kompyuterlər özü idarə olunan avtomobillər süni intellekt nümunələridir. Kompyuterlər bu texnologiyadan istifadə edərək məlumat əldə edir onu işləyir məlumatları tamamlayır  və müəyyən tapşırıqları yerinə yetirmək üçün inkişaf etdirilirlər.

Süni intellektin tarixi

Süni intellekt anlayışı ilk dəfə olaraq 1956-cı ildə meydana gəlib. Məlumat həcminin çox olması alqoritmlər məlumatın işlənmə gücü və depolanmasının inkişafı sayəsində müasir zamanımızda daha geniş məşhurluq qazanmışdı. 1956-cı ildə yaradılan süni intellekt problem həll etmə və xırda şeyləri həyata keçirmək üçün yaradılmışdı. ABŞ Müdafiə Nazirliyi 1960-cı ildə bu işlərə maraq göstərməyə başladı və insan məntiqini təkrarlayan kompyuter hazırlamağa başladılar. Müasir dövrümüzdə kompyuterlərdə nə görürsünüzsə  onun təməli həmin illərdə atılıb. Holivud filmləri və elmi fantastik əsərlər süni intellekti dünyanı ələ keçirən insana bənzər robotlar kimi təsvir edirlər amma müasir zamanımızda süni intellektin inkişafı o qədər də  qorxulu deyil. Bunun əksinə olaraq süni intellekt özəl sektorda  yüksək paya malik olan sahədir. Süni intellektdə səhiyyə pərakəndə  bir çox sahələrdə faydalanmaq olar.

Süni intellektin tətbiq və istifadə olunma sahələri hansılardır?

Səhiyyə xidmətləri

Süni intellekt tətbiq olunmaları fərdi dərmanlar və rentgen kimi avadanlıqları oxuya bilərlər. Onlar fərdi səhiyyə xidmətləri üzrə yardımçısı ola bilər dərmanlarınızı qəbul etməyi  idmanla məşğul olmağı daha sağlam qidalanmağı xatırladan  yaşam məşqçiləri kimi fəaliyyət göstərə bilər.

 

Pərakəndə sektoru

Süni intellekt bu sahədə istifadəçilərə fərdiləşmiş və istehlakçı ilə bu məsələri müzakirə etmək imkanı yaradacaq. Səhmlər və məlumatları internet saytlarında yerləşdirmək də süni intellektin köməyi ilə həyata keçiriləcək.

İstehsal sənayesi

Süni intellekt ardıcıl məlumatları istifadə edərək müəyyən yenilənən şəbəkələr vasitəsilə gözlənilən yükü və tələbi təhlil edə bilmək imkanı olacaqş

İdman sahəsi

Süni intellekt komanda oyununu lentə alaraq oyun vəziyyətlərini və strategiyasını asanlaşdırmaq üçün məşqçiyə bu barədə məlumat və hesabatlarını təqdim edəcək.

Süni intellekt necə işləyir
Süni intellekt böyük miqdarda olan məlumatı sürətli şəkildə emal etmək üçün ağıllı alqoritmləri birləşdirərək məlumatları və yazıları avtomatik olaraq öyrənməyə imkan verir. Bir çox nəzəriyyələr və istiqamətlər geniş sahəni əhatə edən əsas məlumatlar aşağıdakılardır.

Cihazların öyrənilməsi analitik modellərin yaradılması işlərini avtomatlaşdırır. Gizli məlumatlara çatmaq üçün süni intellekt şəbəkələr statistikalar əməliyyat araşdırmaları fiziki üsullardan istifadə edir. Bu məlumatlar nəyə baxılacağına və bunun nəticəsi nə cür olacağına görə proqramlaşdırılmayıb. Süni sinir şəbəkəsi xarici amillərə əsasən məlumatı işləyir hər neyron arasında məlumatı araşdıran bir cihaz növüdür. Bu natamam məlumatı anlamaq üçün bu məlumatlara bir neçə dəfə bu məlumatlara giriş tələb edir. Bütün bunlar elmi texnikalar tələb edir. Ümumi tətbiqlər görüntünü və ünsiyyəti özündə ehtiva edir.

Kamran Əliyev

Faktor.az









Redaktorun seçimi