Gələcəyin abvtomobilləri belə olacaq

Hit: 501
Gələcəyin abvtomobilləri belə olacaq

Avtomobil sektorunun gələcəyi necə olacaq?

Avtomobillər və digər maşınlar həyatımızın hər sahəsində mövcuddur. İstər şəxsi avtomobillər, istər kirayə  avtomobillər, yük avtomobilləri, istərsə də avtobuslar. Hamımız və ya demək olar hamımız gündəlik olaraq bir və ya bir neçə nəqliyyat vasitəsindən istifadə edirik. Bu nəqliyyat vasitələri ilə bir nöqtədən digər nöqtəyə səyahət edə bilirik. Bu uzun müddət hələ belə olacaq. Maraqlıdır avtomobillər necə inkişaf edəcək? Avtomobil sektorunda nələr baş vermirki. Bir çox trendlər eyni anda ortaya çıxır. Bir tərəfdən avtomobil markaları birləşir, yeni rəqiblər meydana gəlir, istehsalat gücü əvvəlki vəziyyətinə geri dönməkdədir. Ticarət müharibələri meydana gəldi gömrük xərcləri yenidən yüksəldi. Dizel problemləri və digər böhranlar bu sektoru qarışıq bir vəziyyətə salıb.

Elektron avtomobillər necə çoxalacaq.

Daxili yanma mühərriki əvəzinə elektriklə işləyən avtomobillərdən istifadə olunacaq. Bu tip avtomobillər xüsusilə iqlim dəyişikliyi və havanın çirklənməsi baxımından ətraf mühitə zərər vurmayacaqlar. Amma hələ də bu avtomobillər çox geniş şəkildə istifadə olunmur. Çin bu istiqamətdə sürətli şəkildə fəaliyyət göstərir. Bu avtomobillər ilk dəfə icad olunduğunda onlara uyğun yollar və yanacaq doldurma məntəqələri yox idi. Buna görə də insanlar bu ideyaya gülürdülər və özlərinin keçmişdə olduğu kimi atlara minməyə davam edirdilər. Texnoloji inqilab çox sürətli bir şəkildə baş verdi və artıq şəhərlərdə  atlar görmək mümkün deyil.  İndi də bu avtomobillərin enerji ilə təmin olunması problemdir. Elektrikli avtomobillər gözəldir amma onların batareyası çox ağır və enerji toplaması çox vaxt aparır. İstifadə müddəti çox qısa və yetərincə enerji ilə təmin olunma məntəqələri çox az saydadır. ABŞ-ın Kaliforniya ştatında isə vəziyyət tamamilə fərqlidir. Tesla markalı avtomobillər və onlar üçün enerji toplama məntəqələri geniş şəkildə yayılıb. Elektrikli avtomobillər sıfır şüalanma ilə reklam olunur. Ancaq bunu bilmək lazımdır ki heç vaxt bu avtomobillər sıfır şüalanma vermir. Elektrikin istehsal olunduğu yerdən istehlak olunduğu yerə qədər şüalanma baş verir. Əlbəttə yenilənə bilən enerji çoxalarsa daşıma və çatdırılma texnologiyaları inkişaf edərsə şüalanma səviyyəsi sıfıra düşəcək.

Elektrikli avtomobillərin geniş yayılmasına səbəb olan əsas faktor daxili yanma mühərrikli avtomobillərin yanacaq ilə təmin edən neft kimya sənayesidir. Təbii ki onlarda bazarda öz paylarını itirmək istəməzlər və onlarda davamlı olaraq öz texnologiyalarını inkişaf etdirirlər. Onlarda daha təmiz daha məlumatlı uzun məsafələr qət edəcək avtomobillər istehsal etmək niyyətindədilər.

 

Avtonom idarəolunma hansı formada olacaq

Müasir dövrümüzdə ən çox müzakirə olunan texnologiya süni intellektdir. Onun da ən məşhur növlərindən biri də avtonom idarə olunan avtomobillərdir. Texnoloji inkişaf çox əla bir şeydir amma bu daha çox maliyyə tələb edən sahədir.  Bu müddət ərzində bu növ nəqliyyat növü ucuzlaşa bilər. Amma hər kəsin bunu qəbul edə biləcəyi şübhə doğurur.  Qəzalar baş verdikcə şübhələr daha da güclənəcək. Amma bu mütləqdir ki avtonom nəqliyyat vasitələri geniş şəkildə yayılması gözlənilir. İnsanların icad etdiyi amma istifadə etmədiyi bir hala hələ də rast gəlinməyib. Bunların da istifadə üsulları və istifadəçiləri meydana gələcək. Bu texnologiyalar universitet düşərgələrində, qocalar evlərindən yaşlıları şəhərlərə aparmaq üçün, əlilliyi olan insanların ehtiyacını qarşılamaq üçün, bəlkə də kirayə avtomobil götürmək və ya taksi kimi istifadə etmək mümkün olacaq. Bunu hələ də bilmirik. Uzun məsafəli və düz yollarda avtomobil idarə etmək çox darıxdırıcı hesab olunur.  Avtomobil təhlükəsiz şəkildə özü-özünü idarə etsə, sürücü yatsa, film izləsə və ya yanındakı dostu ilə söhbət etsə bu səyahət daha da həzz verici ola bilər.

Avtomobil status olmaqdan çıxarmı?

Maraqlı bir trend daha əmələ gəlib. Təhsil və yaşayış səviyyəsi artdıqca insanlar xüsusilə də şəhər mərkəzində yaşayan insanlar avtomobil seçməkdə tərəddüd edirlər.İnsanlar toplu şəkildə daşımadan istifadə, ətraf mühitə zərər verməmək və ayrıca bahalı bir əşyanı əldə etmək üçün meyl göstərmirlər. Avtomobillər bizə işdən evə, evdən işə, alış-veriş mərkəzlərinə getmək üçün lazım olur amma çox zaman avtomobillərimiz dayanacaqda qalır. Hər kəsin bir avtomobili olsa bu dünya əhalisinin sayına bərabər ola bilər. Şəhərlərdə nəhəng avtomobil dayanacaqları meydana gələcək çox zolaqlı yollar yaranacaq. Tıxaclar, nəhəng avtomobil dayanacaqları problemləri və xüsusilə də qəzaların baş verməsi qaçılmaz olacaq.  Buna dəyərmi? Bizim məqsədimiz A nöqtəsindən B nöqtəsinə getməkdisə bir çox innovativ sistemlərdən istifadə ediriksə insanların həyatları asanlaşırsa belə bir şəraitdə avtomobil sahibi olmağa nə gərək var ki? Bu üç trendin necə inkişaf edəcəyini hələ ki bilmirik. Bu üç trendin də cəmiyyət və bu sektor üzərində böyük təsiri olacağı məlumdur.

Kamran Əliyev

Faktor.az

 









Redaktorun seçimi