100.000 il sonra insan necə görünəcək?

146 dəfə oxunub
100.000 il sonra insan necə görünəcək?

100.000 il sonra insan necə görünəcək

İnsan təkamülü dedikdə bir çox müxtəlif baxışlar ortaya çıxır. Bütün canlıların milyon illər boyunca dəyişməsi qarşıdan gələn min il boyunca da gözlə görülə biləcək dəyişməyə səbəb ola bilərmi? Bəs insan 1000 il sonra da indikindən fərqli olacaqmı? Bu aydındır ki insanların son  20 ildə qət etdiyi yol bir neçə yüz il qət etdiyi yoldan daha böyük və inkişafa görə daha sürətli idi. Son 100 ildə insanların icadları ilə  dünyanı yenidən qurmaları minlərlə il inkişafa səbəb ola biləcək xüsusiyyətdir. Texnologiyanın sürətli inkişaf və artıq insanların  dünyadan kənara addım atması ilə onları necə bir gələcək gözləyir?  Bu sualın cavabı kiçik bir məqalə ilə cavablandırmaq çətindir. Bəs insanlar min ildən sonra fiziki olaraq dəyişəcəkmi?  Yaşayış tərzimiz dəyişir, vərdişlərimiz, təbiətlə və digər canlılarla münasibətimiz, qidalanma formalarımız dəyişir. Bu dəyişikliklər bədən üzvlərimizdə  gözlə görülə biləcək dəyişikliyə səbəb olur. Bütün bu dəyişikliklərin müddəti nə qədər çəkəcək və hansı dəyişikliklər ola biləcək. Amerikada həyata keçirilmiş bir elmi araşdırma  bir az tük ürpədici olsa da maraqlı məqamları ilə yadda qalıb. İnsanların yüksək texnologiyalardan istifadəsi ilə və qlobal istiləşmənin təsiri ilə insanlar 20 min 60 min və 100 min il sonra indikindən bir az fərqli görünüşə sahib olacaqlar. İnsanların gözləri daha böyük, üzlərinin forması daha fərqli,  dərilərinin və gözlərinin rənglərinin indikindən fərqli olacağı gözlənilir.

Distopik dövrün insanı

Tük ürpədici proqnozlara görə bütün insanların gözləri qırmızı olacaq. Qorxulu filmlərdə olduğu kimi vərdiş etdiyimiz bu insanlar bəlkə o dövr üçün normal bir hal olacaq amma indi bunu düşünmək belə tük ürpədicidir. Fiziki dəyişikliklərə nano texnologiyalar da təsir edəcək. İnsan vücuduna inteqrasiya olunacaq bu robotlar (süni orqan və bədən üzvlərindən söhbət gedir) sayəsində insan quruluşuna uyğun robot irqlər yaranacaq. Fiziki olaraq bu insanların daha dözümlü və güclü olacağı qətidir. İnsanların beyni indikindən böyük olacaq bu da başın vücuda nisbətən indikindən daha böyük olacağı mənasını verir. İnsanlar 1000 il sonra əllərini və ayaqlarını çox işlərdə istifadə etmək məcburiyyətində qalmayacaq və bu inkişaf mütləq şəkildə insanın estetik görünüşünü formalaşdıracaq. Bu gün baxdığımızda illər sonrasını proqnozlaşdırmaq çətindir. On minlərlə ildən sonra əgər insanlar bir-birilərini məhv etməsə və ya planetimiz hansısa bir fəlakətlə üzləşməsə insanların hansı mədəniyyətə sahib olacaqlarını proqnozlaşdırmaq imkansız olacaq. Bu yaxşı niyyətli araşdırma fotolar və filmlər vasitəsilə zənginləşdirilib. İngilis rəssam Nikolay Lamm ABŞ-dan olan alim Alan Kvanla birlikdə çalışaraq insan üzünün minlərlə ildən sonra necə olacağını təxmin edərək rəsmlərini çəkib.

Kamran Əliyev

Faktor.az

 


loading...
loading...

Redaktorun seçimi