Gələcəyin CV-si belə olacaq - "robotam"

200 dəfə oxunub
Gələcəyin CV-si belə olacaq - "robotam"

Gələcəyin iş dünyası necə olacaq

Robotlar işinizi əlinizdən alacaq! kimi ifadələri çox güman ki eşitmişiniz. Texnologiya inkişaf etdikcə bəzi peşələr öz aktuallığını itirəcək amma süni intellekt,  avtomatika və robot texnologiyasının bu üstünlüyü ələ keçirmək kimi məqsədi yoxdur. Onların əsas məqsədi bizə kömək etmək və iş görmək formalarımızı inkişaf etdirmık olacaqdır. Robotlar əslində bizim daha çevik və sürətli bir şəkildə reaksiya verməyimizə imkan verəcək amma yenə də bu texnologiyalar insanın yaratdığı texnologiya kimi bilinəcək. Digər bir dəyişiklik isə insanların iş mühitini inkişaf etdirmək üçün yaratdıqları texnologiya olacaqdır.

Gələcəyin iş mühitində diqqət verilməsi lazım olan məqamlar

Gələcəyin CV-si

Həssas süni intellekt

Robotların peşələrə təsiri

İnsan bacarıqlarının yeri heç vaxt doldurulmayacaq

Texnologiyanın inkişafı mövcud peşələrin yerini almaq əvəzinə onları tamamlayacaq, müddətini qısaldacaq. Hesablayıcı maşınlar arxasında  keçirilən uzun vaxt və müştəri tələblərini qarşılamaq üçün sərf olunan vaxt artıq keçmişdə qalacaq. Bu işləri artıq müasir texnologiyalar həyata keçirəcək ki, işləyənlər daha çox insan toxunuşu lazım olan sahələrə öz diqqətlərini yönəltsinlər. Yeni işə başlayanlar üçün inkişaf etmiş texnologiyadan istifadə edərkən öz işlərini gördüyü zaman planlama, hesabat vermə və analitika kimi işlərə daha çox vaxt ayıra biləcəklər. Bu da onların sahib olduqları bacarıq və qabiliyyətlərin dəyişməsinə səbəb olacaq.

Sosial bacarıqların artan əhəmiyyəti

Mühakimə, maraq, qarışıq prosesləri həll etmək və yaradıcı töfhələr vermək kimi xüsusiyyətlərini texnologiya heç vaxt yerini doldura bilməz və ona alternatiuv ola bilməz. Bunun kimi sosial bacarıqlar şirkətlərin marağını daha çox cəlb edir və işə götürmədə bu xüsusiyyətlər daha çox nəzərə alınır. Süni intellekt, avtomatika və robot sahəsi üzrə elmlər şirkətləri irəli aparan amil olsa da bir insanın karyerasında irəli getməsi üçün lazım olan xüsusiyyət insan bacarıqlarının olmasıdır.

Kamran Əliyev

Faktor.az

 



Redaktorun seçimi