Yadplanetli uşaq dünyaya gətirən qadından dəhşətli etiraf - FOTOLAR

Hit: 702
Yadplanetli uşaq dünyaya gətirən qadından dəhşətli etiraf - FOTOLAR

Amerikada Harper Foy adlı körpə nadir rast gəlinən "Harlequin iktiyozis”, ya da "kloun uşaq” xəstəliyindən əziyyət çəkir.

 
Faktor.az xəbər verir ki, uşağın dərisi hər 4 saatdan bir soyulur və 10 dəfə daha sürətlə yenilənir. Həkimlərin bu xəstəliyin onu öldürəcəyini düşünməsinə baxmayaraq, Harper 1 yaşına qədər sağ qalıb. Ancaq kiçik qızın həyatda qalması üçün dərisinin daima hidratlanması lazımdır.
 
Anadan olandan həkim nəzarətində qalan Harper 1 ay xəstəxanada infeksiyayla mübarizə aparıb. Əvvəllər belə bir xəstəliklə qarşılaşmadığını söyləyən həkimlər xəstəliyə heç bir çarə tapa bilməyib. Buna baxmayaraq, uzun müddətli su vannası müalicəsi ilə sağ qalması mümkündür.
 
Harperin anası qızının həyatda qalmasını möcüzə olduğunu və xəstəliyi ancaq anadan olanda öyrəndiklərini deyib. Ancie qızı anadan olanda insana bənzəmədiyini də etiraf edib:
 
"Sanki yadplanetli idi. Ciddi travma yaşadıq, həftələrlə əzab çəkdik. Bir borucuqdan qidalanırdı, infeksiya düşmüşdü və hər an ölə bilərdi. Qızımın böyüməsindən də çox qorxuram. Uşaqlardan fərqli olduğunu görəcək. Hərəkət edərkən problem yaşayacaq. İdman edə bilməyəcək. İndi oturarkən belə çətinlik çəkir. 1 il yeriyə bilməyəcək, bunun üçün fiziki müalicəyə ehtiyacı var”.
 
Ailəsi 1-ci yaş gününə qədər Harperə xüsusi vanna almaq üçün kömək gözləyir. Mikrosilk vannalarda olan mikro şarlar 70 faiz daha çox oksigen ifraz etdiyi üçün Harperin dərisinin ehtiyacı olduğu hidratı təmin edəcək. Yaponiyadan gətiriləcək vanna üçün 6 min dollar, montajı üçün isə 15 min dollar lazımdır.  /publika.az/
1
1








Redaktorun seçimi