Ən keyfiyyətli displeyə malik smartfon açıqlandı

Hit: 481
Ən keyfiyyətli displeyə malik smartfon açıqlandı

"DisplayMate" analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb. Ötən həftə təqdim edilmiş "Galaxy Note9" planşetofonu dünyada ən keyfiyyətli displeyə malik aparat elan edilib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, 6,4 düymlük "SuperAMOLED" panel rənglərin ötürülmə dəqiqliyi, parlaqlıq və baxış bucağı daxil olmaqla bütün göstəricilər üzrə ən keyfiyyətli displey seçilib. Hesabatda deyilir ki, yeni aparatın ən yüksək parlaqlığı ötənilki "Note8" ilə müqayisədə 27 faiz yüksəkdir.

Yeni qabaqcıl aparat 1020 nit parlaqlığa malikdir ki, bu da "Note8" və "Galaxy S9" ilə müqayisədə cüzi azdır, ancaq ağ rəngli şəklin göstərilməsi zamanı parlaqlıq 710 nitə bərabərdir ki, bu da "Samsung"un ötənilki qurğularından daha yaxşıdır.









Redaktorun seçimi