Merilin Monronun soyunduğu səhnə tapıldı

Hit: 416
Merilin Monronun soyunduğu səhnə tapıldı

Bir zamanlar dünyanın ən məşhur aktrisası olmuş Hollivud əfsanəsi, aktrisa və müğənni Merilin Monro barədə kitab yazan ssenariçi Çarlz Kasilyo maraqlı tapıntını gerçəkləşdirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, çılpaq Merilin Monronun əks olunduğu kadrların taleyini müəyyənləşdirib.

Həmin epizod 1961-ci ildə "The Misfits" filminin çəkilişlərində olub. Lakin filmin rejissoru Con Hyuston o kadrları montaj zamanı filmə daxil etməyib. Plyonkanın məhv olunduğu düşünülürdü.

Kasilyo lentin prodüseri Frenk Teylordan müsahibə alıb. Teylor da deyib ki, atası o kadrları dəyərli sayıb və qoruyub: "1999-cu ildə atam vəfat edəndən sonra plyonkanı seyfə qoydum".

 

Epizod 45 saniyə davam edir. Kadrda Merilin Monro və aktyor Klark Qeybl yataq səhnəsini canlandırırlar. Bu zaman aktyor paltardadır, Monro isə döşək ağını atır, çılpaq qalır. Kadrlar Monronun kinematoqrafda tam soyunduğu ilk görüntülərdir.

Merilin Monro 1962-ci ildə 36 yaşında vəfat edib.









Redaktorun seçimi