7 yaşlı xəstə oğluna ərə getdi

Hit: 629
7 yaşlı xəstə oğluna ərə getdi

"Oğlumun ən böyük arzusu şahzadə olmaq idi. Üstəlik o, toyunda rəqs etmək istəyirdi. Oğlumun arzularını çin etmək istədim".

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Linkolnşir qraflığındakı Geynsboro şəhərinin sakini Coeleyn Mounkəsl belə deyib.

O, ağır xəstəliyə düçar olmuş yeganə övladının, 7 yaşlı Loqanın arzularını reallaşdırıb.

"Gözəl və Qorxunc" ("Beauty and the Beast") nağılı stilində "Gainsborough Liberal Club"da təşkil olunmuş "toy"da ana öz oğluna "ərə gedib". Toyda Loqanın dostları, habelə Coeleynin qohumları və rəfiqələri, qonşuları da iştirak ediblər.

Loqanda anadangəlmə metaxromatik leykodistrofiya (MLD), genetik pozuntu var və o, ağır xəstədir.

 

Toydakı qonaqların çoxu kövrəlib ağlayıblar.

"Oğlum xəstədir, ağrılardan qovrulur. Mən də onun arzularını gerçəkləşdirmək istədim. Loqan "Gözəl və Qorxunc" nağılını çox sevir. Ona görə də "toy"u bu nağıl stilində etdik", - Coeleyn söyləyib.

MRT və müayinələrin nəticələrinə görə, Loqan bundan sonra ən uzağı 15 il yaşaya bilər.









Redaktorun seçimi