“Apple” pasportlara alternativ təklif etdi

Hit: 488
“Apple” pasportlara alternativ təklif etdi

ABŞ-ın Patentlər və Ticarət Nişanları İdarəsi "Apple" şirkətinin "iPhone" vasitəsi ilə şəxsiyyətin eyniləşdirməsi texnologiyasına dair sifarişini qeydə alıb.

Faktor.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Apple Insider" portalı məlumat yayıb.

Sözügedən texnologiya pasport əvəzinə smartfondan istifadəni nəzərdə tutur.

Şirkət əməkdaşlarının fikrincə, hər kəsin şəxsi informasiyasına qeyri-qanuni çıxışın qarşısı "Touch ID" və "Face ID" biometrik vertifikasiya texnologiyası ilə alınacaq.

Konsepsiya bir çox sahələrdə - həm şirkətlər (məsələn, əməkdaşların buraxılış sistemində), həm də dövlətlər (pasport nəzarətində) tərəfindən istifadə edilə bilər.









Redaktorun seçimi