Ancelina Coli: Bred uşaqlarına yardım etməyib - FOTOLAR

Hit: 551
Ancelina Coli: Bred uşaqlarına yardım etməyib - FOTOLAR

Hollivud ulduzu Bred Pitt boşanma prosesində olduğu aktrisa Ancelina Colinin “Uşaqlarına ciddi məbləğdə yardım etməyib” iddiasına vəkilləri vasitəsilə cavab verib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı aktyor boşanma prosesi başlayandan bəri uşaqlarına doqquz milyon dollardan çox yardım etdiyini vurğulayıb.

Sənətçi Colini mediadan istifadə edərək prosesi manipulyasiya etməkdə günahlandırıb.

Aktyorun vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərdə bildirilib ki, Ancelinanın hazırda övladları ilə yaşadığı malikanəni Bred səkkiz milyon dollara alıb.

Evin kommunal və digər xərcləri üçün isə boşanma prosesi başlayandan 1,3 milyon dollardan artıq pul xərclənib.

2005-ci ildən sevgili olan cütlüyün üç övladlığa götürülmüş və üç bioloji övladı var.

Qeyd edək ki, cütlük 2016-cı ildə boşanmaq qərarı verib.

 
1
1
1
1
1








Redaktorun seçimi