Məhəmməd Əmin Rəsulzadənin 70 illiyinə yazılan unikal təbrik məktubu açıqlandı

Hit: 256
Məhəmməd Əmin Rəsulzadənin 70 illiyinə yazılan unikal təbrik məktubu açıqlandı

AXC tarixinin araşdırmaçısı, qəzetçi-yazar Dilqəm Əhməd özünün Facebookdakı səhifəsində unikal bir sənədin məzmununu yayınlayıb. Faktor.az xəbər yerir ki, araşdırmaçı -yazar mühacirət dərgilərinindən birində dərc olunan bir məktuba diqqət kəsilib. Məktubun məzmunu belədir:

"Hörmətli, Məhəmmədəmin Rəsulzadə!

Əziz və möhtərəm ustadımız!

Argentinadakı "Qafqaz Birliyi"nə mənsub azərbaycanlılar 70-ci doğum ildönümüz münasibətilə sizi səmimiyyətlə təbrik edərkən bütün həyatınız boyunca istiqlalı uğrunda çalışdığınız əziz vətənimiz Azərbaycana tez qovuşmanızı ürəkdən arzulayır və şəxsinizə uzun ömür və səadət diləyirlər.

Dünyanın ən gözəl ölkələrindən birini təşkil edən Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrar azərbaycanlılara aid olduğunu şəxsən elan etmənizi görmək istəyərik.

İmperialist Rusiyanın əsarəti altında olan Azərbaycanın və bütün Qafqazın çox yaxın bir zamanda düşmən istilasından qurtulmasını və vətən səmalarına təkrar üç rəngli bayrağımızı ucaltma fürsətini Uca Tanrıdan istirham edəriz.

Biz Azərbaycan əsgərləri Vətənimiz Azərbaycanın və Qafqazın hürriyyəti və istiqlalı uğrunda apardığınız müqəddəs savaşa son damla qanımıza qədər dəstək olacağımıza sizə söz veririk, möhtərəm Əmin bəy.

Argentinadakı azərbaycanlılar adına

Vəli Yadigar

Musa Yusifzadə"









Redaktorun seçimi