Ən problemli telefonlar - BUNLARI ALMAYIN

Hit: 716
Ən problemli telefonlar - BUNLARI ALMAYIN

Son illər sürətlə istehsal edilən və funksiyaları ilə bir-birindən seçilən smartfonların əslində kifayət qədər keyfiyyətli olmadığı aşkarlanıb. “Blancco” şirkəti 2018-сi ilin birinci rübündə smartfonların təhlükəsizliyi və keyfiyyəti üzrə apardığı araşdırmanın nəticələrini elan edib.

Faktor.az xəbər verir ki, nəticələrə görə, “Android” platformaları arasında ən problemli və pis işləyən smartfonlar "Samsung” şirkətinə məxsus olub.

Bu smartfonlar 27,4 faiz göstərici ilə keyfiyyətsiz və problemli smartfonlar siyahısına liderlik ediblər.

Siyahıda ikinci yeri 14,2 faizlə bu gün görünüşü ilə "İphone" modellərini xatırladan və kifayət qədər sürətlə bazara daxil olan “Xiaomi” markalı smartfonlar tutur. Problemli işləyən smartfonlar cədvəlində üçüncünü yerdə 9,6 fazilə “Motorola” smartfonları yer alır.

Məlumata görə, “Android” əməliyyat sistemli smartfonlarda məhsuldarlıq, kamera, mikrofon, akkumulyatorun enerjisinin tez tükənməsi ilə əlaqədar problemlər müşahidə olunur. Bu ilin birinci rübündə “Android” smartfonlarının 34 faizində məhsuldarlıqla bağlı problemlər qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər 10 faiz təşkil edib.

Ən problemli “Apple” smartfonu “iPhone 6” (22 faiz) seçilib. İkinci pillədə 16 faizlə “iPhone 6s” modeli qərarlaşıb. Ekspertlər qeyd edir ki, smartfonların hər ikisi sensor ekran, ekranın gözlənilmədən sönməsi və ya boz rəngli zolaqlarla əlaqədar bir sıra problemlərə malikdir. “Apple” smartfonlarında daha çox problem “Bluetooth” və “Wi-Fi” ilə qoşulmada, eləcə də məhsuldarlıqda müşahidə edilir.









Redaktorun seçimi