Müsəlman və buddistlərdən ibarət faşist bölüyü - Handşar

Hit: 274
Müsəlman və buddistlərdən ibarət faşist bölüyü - Handşar

Müsəlman faşist ifadəsi çox qəribə səslənsə də, həqiqətən müsəlman faşistlər var idi. Hitler demişdi ki, mən müsəlmanları etibarlı və sağlam hesab edirəm. Buna görə də müsəlmanlardan təşkil olunmuş faşist bölüyü qurmalıyam.

Handşar 1944-1945-ci illərdə Balkanlarda və Avstriyada xidmət etmiş bölüyün adıdır. Bu bölüyün digərlərindən fərqi ondan ibarət idi ki, bu bölükdə müsəlman və buddist könüllülər xidmət edirdi. Bölüklərdə 20 minə yaxın müsəlman və buddist xidmət edirdi. Qalanları isə katolik idi.

Handşar Henrix Himmler tərəfindən qurulmuşdu. Onun İslam dininə və qorxusuz müsəlman əsgərlərinə  marağı var idi. Bu fəaliyyət sayəsində işğal  etdikləri torpaqlarda müsəlmanları öz tərəflərinə çəkmək, İngiltərə və Fransa ərazilərində problemlər yaradacaqdılar. Bölük Xorvatiyada qurulduğundan əksəriyyətini xorvatlar təşkil edirdi. Qalan hissəsi qazaxlar, özbəklər, azərbaycanlılar və bosniyalılardan ibarət idi.

Handşar türk qılıncı deməkdir  və emblemində türk qılıncı əks olunub. Bölük Yuqoslaviya, Fransa, Almaniyada aldığı təlimləri 1944-cü ilin fevralına qədər tamamlayıb. 1944-cü ilin dekabr ayına kimi Xorvatiyada ant-partizan fəaliyyətlərinə qoşulublar.

Dekabr ayında Macarıstanda tank bölüyü altında xidmət ediblər. 1945-ci ilin mart ayından ingilislərə təslim olmaq məcburiyyətində qalıblar və 1945-ci il mayın 8-nə qədər iki tank bölüyü yaradaraq Avstriyada döyüşüblər.

Yarandığı tarixdə bölük 26 min əsgərdən təşkil olunsa da, təslim olanda bu rəqəm 10 minə düşmüşdü.

Kamran Əliyev









Redaktorun seçimi