Marsa bir günə çata bilərsiniz

Hit: 345
Marsa bir günə çata bilərsiniz

Bir çox insan işıq sürətini keçmək və ya ona çatmaq üçün can atırlar. Bu, izah edilə bilən proses deyil. Çünki içində yaşadığımız kainatı kəşf etmək və ya digər planetlərə səyahət etmək üçün işıq sürəti lazım deyil.

İşıq sürəti təxminən saniyədə 300 min kilometrdir. Günəş Sistemində yerləşən planetlərə səyahət etmək üçün bizə sadəcə, aşağıdakılar lazımdır:

Mars bizə ən yaxın planet olmağına baxmayaraq, 35 milyon kilometr uzaqlıqda yerləşir. Hazırda əlimizdə olan vasitələrlə bu məsafəni ancaq 6-7 aya qət edə bilərik. Bəs daha sürətli vasitələrimiz olsaydı, nə olardı?

Raketlərimiz saniyədə 300 min kilometr deyil,  saniyədə 100 kilometr hərəkət etsə, 97 saata Marsa çata bilərik. Saniyədə 200 klilometr sürətlə getsək iki günə Marsa çata bilərik. Saniyədə 400 kilometr sürətlə gedə  bilsək, bir günə Marsa gedib çıxa bilərik. Kainatı kəşf etməyimiz üçün işıq sürətinə ehtiyacımız yoxdur, sadəcə bizə lazım olan qədər sürət əldə etməliyik.

İşıq sürətindən qat-qat aşağı sürətlə, saniyədə 400 kilometr sürət Marsı bizə daha da yaxınlaşdırır. Eyni sürətlə Yupiter, Saturn, Neptun, Uran kimi planetlərə də səyahət edə bilərik. Qısası, saniyədə 400 kilometr sürət bizə Günəş Sistemində yerləşən planetlərə çox rahatlıqla səyahət etməyə imkan verir.

İşıq sürətinə çatmağımızın qeyri-mümkün olduğunu elmi və texnoloji biliklərimiz sayəsində bilirik. Ancaq işıq sürətinə yaxın olan sürətlərə çatmağımız mümkündür və bu texnoloji məsələdir.

İşıq sürətinə yaxın sürət əldə etmək bizə sərf olunacaq vaxtın daha gec getməsinə imkan verəcək. Yəni raketin içindəki insanlar üçün vaxt gec gedir. Məsələn, bizdən 4,2  işıq ili uzaqlıqda yerləşən Proksima Sentauri ulduzunun işığı bizə 4,2 ilə gəlib çatır. Amma biz işıq sürətinə daha yaxın sürətləri əldə edə bilsək, raketin içindəki insanlar üçün bu vaxt 4,2 il təşkil etməyəcək.

Hesab edin ki, Proksima Sentauriyə işıq sürətinin 99%-ni  əldə etmiş bir raketlə səyahət edirsiniz. Bu raketin içindəki insanlar üçün vaxt genişlənəcək və oraya sadəcə, 7 aya gedib çıxa biləcəklər. Eyni sürətin 99.9%-ni əldə edə bilsək, səyahətimiz iki ay çəkə bilər. İşıq sürətinin 98.98% sürəti ilə səyahət etsəydik, onda biz bu məsafəni iki günə qət edə bilərik. Səyahət edənlər üçün vaxt yavaşlayır, amma gedəcəyi yerlərə daha tez çatırlar. Amma yerdə olan bizlər üçün zaman 4,2 il çəkəcək.

Kamran Əliyev









Redaktorun seçimi