Sovet İttifaqının kabusu KQB-nin - DÜNƏNİ VƏ BU GÜNÜ

214 dəfə oxunub
Sovet İttifaqının kabusu KQB-nin - DÜNƏNİ VƏ BU GÜNÜ

KQB Sovet İttifaqının təhlükəsizlik və xüsusi xidmət orqanıdır. İlk dəfə 1918-ci ildə qurulan təşkilatın adı Çeka olub. Təşkilat bir neçə dəfə ad dəyişib və son olaraq 1954-cü il martın 13-də KQB adını alıb. KQB beynəlxalq təhlükəsizliyə təhdid yaradan məsələləri aradan götürər, dövlət adına kəşfiyyat işləri həyata keçirər və birbaşa hadisələrə müdaxilə edə  bilərdi. Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra KQB işinə sıfırdan başlamalı olub və digər eyniadlı təşkilatların təcrübəsini və texnikasını öyrənib. Gəlin, KQB-nin dünənindən bu gününə nəzər yetirək.

KQB-dən əvvəl yaranan təşkilatlar OGPU, Çeka və NKVD

1917-ci il oktyabr inqilabından sonra qurulmuş SSRİ-nin yeni rəhbəri Vladimir Leninin xalqını nəzarətdə saxlamaq üçün bir təşkilata ehtiyacı var idi və o, Çekanı yaratdı.

1918-1920-ci illərdə Rusiyanın başı daxili münaqişələrə qarışmışdı və əslən polşalı olan Feliks Dzerjinski Çekanın rəhbərliyinə keçmiş və  bir neçə adama bu yolla işgəncə verib və edam etmişdi.

Bu qırmızı terror dönəmində Çeka qaranlıq otaqlarda insanların peysərlərinə bir-bir güllə vurmaqla öldürmək metodunu inkişaf etdirmişdi. Bu metodu Çekadan sonra gələn təşkilatlar da həyata keçirməyə davam etdilər.

1923-cü ildə Dzerjinskinin rəhbərlik etdiyi ÇEKA təşkilatı SSRİ OGPU adı altında fəaliyyətə başlayıb.

OGPU insanları aradan götürmək, etnik azlıqların sürgünə göndərilməsi kimi hadisələrin baş vermədiyi dövrdə fəaliyyət göstərib. Bu təşkilat 1955-ci ilə qədər qorunub saxlanılıb. Bir neçə zavallı insanın ölümünə səbəb olan ilk Sovet düşərgəsi olan Qulaqı yaratmışdı.

ÇEKA və OGPU-nun yaradıcılarından olan Dəmir Feliks ləqəbli Dzerjinski solçuları Mərkəzi Komitəyə sataraq müəmalı şəkildə ürək tutmasından sonra vəfat etmişdi. OGPU müxalifətin kökünü kəsməklə yanaşı, Rus provaslav kilsəsinə güclü təzyiq edib.

Özündən əvvəlki təşkilatların əksinə, NKVD İosif Stalinin şəxsi ideyası idi. Stalin Kommunist Partiyasının yüksək vəzifəli şəxslərini aradan götürmək üçün xalqda qorxu  yaratmaq istəyirdi.

NKVD 1934-1946-cı illərdə milyonlarla insanı həbs və edam etmişdi. Milyonlarla zavallı insanı əmək düşərgələrinə aparılıb və bununla da bütün SSRİ ərazisində əhalinin sayı dəyişdirilmişdi.

NKVD rəhbəri olmaq çox təhlükəli iş idi. Henrix Yaqoda 1938-ci ildə, Nikolay Yejov isə 1948-cildə həbs olunaraq edam edilmişdi.

KQB-nin yaranması və inkişafı

II Dünya müharibəsindən sonra Lavrenti Beriya KQB-nin rəhbəri olub. Təşkilat əsasən, Dövlət Təhlükəsizlik Nazirliyi və NKGB adı ilə tanınıb. Stalininin ölümündən sonra kəşfiyyat idarəsi və xüsusi xidmət orqanları 1954-cü il martın 13-dən KQB adlanmağa başlayıb.

Bu dövr rus kəşfiyyatının zirvədə olan dövrü idi. Ruslar atom silahını inkişaf etdirmək üçün qərb mütəxəssislərini rüşvətlə satın alırdı. Bu dövr II Dünya müharibəsinin sona çatmasını və KQB-nin yaradılmasından əvvəlki dövrü əhatə edir.

KQB-nin ən böyük uğurlarından 1956-cı ildə Macarıstanda inqilabı, Çexoslavakiyada Praqa baharının yatırılması və 1970-ci ilin sonlarına doğru Əfqanıstanda kommunist rejimin hakimiyyətə gəlməsini qeyd etmək olar. Polşada da kommunizm rejimi 1980-ci ildə bərqərar olmuşdu.

Bu dövrlərdə xüsusilə üçüncü dünya ölkələri hesab olunan Anqola və Nikaraquada Mərkəzi Kəşfiyyat İdarəsi və KQB bu ölkələrdə bir-biriləri ilə rəqabətə girmişdilər. Bu hadisələr hər iki tərəfdə də çox gizli saxlanılırdı və arxivlərin açılmasına imkan verilmirdi.

KQB-nin müxalifətə təzyiq göstərməsi bilavasitə SSRİ-nin həyata keçirdiyi siyasət idi.

Leonid Brejnevin 1964-cü ildə hakimiyyətə gəlməsi ilə və Andropovun 1987-ci ildə bu təşkilata rəhbər təyin edilməsindən sonra hər şey tamamilə dəyişmişdi. Andropov bu təşkilata rəhbərliyi dövründə  55 yaşı olan Aleksandr Soljenitsini “İvan Denisoviçin həyatında bir gün” adlı romanını qərbdə  nəşr olunmasına görə, həbs edib. Altı həftə ərzində ifadəsi alınmış və sonda SSSRİ-dən qovulmuşdu.

SSRİ-də 1980-ci illərdə fəlakətə bərabər hadisələr baş vermişdi. Əfqanıstan müharibəsindəki uğursuzluq, ABŞ ilə silahlanma yarışına girmək və digər amillər SSRİ-nin dagılmasına səbəb oldu.

Ölkə rəhbəri olan Mixail Qorboçov iqtisadiyyatın və siyasətin yenidən qurulması siyasətini həyata keçirirdi. Qorboçovun bu siyasəti xalq tərəfindən müsbət qarşılanırdı, ancaq müstəqillik tələb edən xalqlar SSRİ-nin səbr kasasını daşdırırdı.

O dövrün KQB rəhbəri Vladimir Kryuçkov SSRİ rəhbərliyini istefaya çağırmış, amma qarşı tərəf bununla razılaşmamışdı. Bu zaman KQB sui-qəsd planlarını işə salmışdı.

Silahlanmış döyüşçülər tanklar vasitəsilə Moskvadakı Parlament binasına hücum etmişdi. Dövlət başçısı Boris Yeltsinin cəsarətli müqaviməti sayəsində üsyan tez bir zamanda yatırılmışdı.

KQB kimi təşkilatlar heç vaxtı fəaliyyətlərini dayandırmırlar. Onlar başqa formada fəaliyyət göstərirlər. Hazırda Rusiyada iki təhlükəsizlik təşkilatı var. Bunlardan biri FSB (Rusiya Federasiyası Təhlükəsizlik Xidməti), SVR-dir (Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti).

Vladimir Putin 9-cu sinifdən bəri  KQB sıralarına qoşulmaq istəyirdi. Sankt-Peterburq şəhərində yerləşən KQB-nin mərkəzi idarəsinə gedərək, təşkilata üzv olmaq istəyir. Ancaq təşkilatın rəhbərləri ona hüquq ixtisasını oxumasını məsləhət görürlər.

Bu məsləhətə əməl edən Putin hüququ oxuyur. Bundan təsirlənən KQB Putinə təşkilata qəbul olunması barədə məktub göndərir.

Təşkilata üzv olan Putin alman dili biliklərini inkişaf etdirir və cüdo döyüş növündə qara kəmərə sahib olur. Putin 1985-ci ildə gizli kəşfiyyat tapşırığı alaraq, Şərqi Almaniyaya gedir. O dövrdə KQB-də xüsusi rol oynamağa başlamışdı.

Kamran Əliyev



Redaktorun seçimi