“Facebook” reklam və səhifələrə daha çox şəffaflıq gətirdi

60 dəfə oxunub
“Facebook” reklam və səhifələrə daha çox şəffaflıq gətirdi

"Facebook"a son yenilənmə ilə "Facebook" səhifəsi, "Instagram", "Messenger" və "Facebook"un iş ortaqları şəbəkələrində yayımladığı bütün aktiv reklamları görə biləcəksiniz.

Faktor.az facemark.az-a istinadən bildirir ki, bunun üçün "Facebook"a daxil olub hər-hansı səhifəyə ziyarət etməyiniz və "Bilgi və Reklamlar" bölməsinə klik etməyiniz kifayət olacaq.

Burada o səhifənin yayımda olan bütün reklamlarının kopyasını görə biləcəksiniz və "Reklamı şikayət et" seçimi ilə şübhəli gördüyünüz reklamları "Facebook"a bildirəcəksiniz. Bundan başqa, reklamı verən, ya da verməyən bütün səhifələr ilə bağlı, səhifədə yaxın zamanda edilən ad dəyişiklikləri və səhifənin yaradıldığı tarix kimi daha çox məlumatı asanlıqla əldə edəcəksiniz. Daha çox məlumat gələn həftələrdə əlavə olunacaq.

"Facebook"da reklamların böyük bir qismi, yeni müştəriləri hədəfə alan kiçik investorlar, önəm verdikləri mövzular ilə bağlı ianə toplama istəyən cəmiyyətlər kimi qanuni təşkilatlar tərəfindən verilir. Ancaq məhsullarının pis aktyorlar tərəfindən sui-istifadə ediləbiləcəyinin fərqində olan "Facebook", yenilik ilə platformadakı səhifələrini və reklamların şəffaflığını artıraraq, baş verəcək pis istifadənin qarşısını almağı və hesabatın verilməsini artırmağı planlaşdırır.


loading...
loading...

Redaktorun seçimi