İnsanı digər canlılardan fərqləndirən - 10 XÜSUSİYYƏT

179 dəfə oxunub
İnsanı digər canlılardan fərqləndirən - 10 XÜSUSİYYƏT

Bizim bənzərimiz yoxdur

Qədim yunan filosofları Sokrat, Platon, Aristotel və digərləri insanın var olması barədə müxtəlif nəzəriyyələr irəli sürüblər. Qazıntıların və elmi dəlillərin tapılması ilə bu nəzəriyyələr daha da inkişaf etdirilib. Bəs insanı digər canlılardan ayıran və bənzərsiz edən nədir?

1. Qırtlaq

Qırtlaq sayəsində biz udquna, nəfəs ala, qidalana bilirik. Udqunma bir refleks olaraq meydana gəlir. Udqunmamaq insan səhhətinə mənfi təsir göstərir. Üstəgəl, tənəffüslə həzm arasında qarışıqlıq yaranmasın deyə udlağın tənzimləyici rolü çox böyükdür.

2. Çiyin

Çiyin insan bədənində qolların gövdəyə birləşdiyi yerin yuxarıda qalan hissəsidir. İki sümükdən yaranıb: kürək və köprücük sümüyü.

3. Əl və baş barmaq

İnsan barmağı yerləşməsinə və ölçülərinə görə digər canlılardan fərqlənir. İnsanlar nisbətən daha uzun, geniş açılan və və baş barmaq əzələlərinə sahibdir.

4. Tüklərlə örtülməmiş dəri

Balina, fil, kərgədan tüksüz məməlilər olmasına baxmayaraq, ümumiyyətlə, insanlar çılpaq dəriyə sahib olan yeganə canlılardır.

5. Dik formada ayaq üstə dura bilmək

Hərəkət etmək üçün iki ayağını istifadə etmək insanların ən mühüm fərqləndirici xüsusiyyətidir.

6. Üzün qızarması

Çarlz Darvin “İnsan və heyvanların hissləri” adlı kitabında “Üz qızartısı insan ifadələrinin ən qəribə və insani halıdır”, - deyə qeyd edib.

7. Beyin

İnsanın ən qeyri-adi xəzinəsi onun beynidir. İnsan beyninin nisbətən böyüklüyü, ölçüsü və tutumu digər canlılardan daha böyükdür.

8. Ağıl: yuxu, yaradıcılıq, uzaqgörənlik

İnsanın ağılı onun beynindən fərqlənnir. Beyin konkret görünən orqanımızdır. Ağıl isə düşüncələrin, hisslərin, inancların və şüurun mücərrəd formasıdır. Bu da insanı fərqləndirən ən mühüm xüsusiyyətlərindən biridir.

9. Din və ölümü dərk etmək

Öləcəyini bilən halda həyatına davam edən yeganə canlı insandır. Buna görə də yaradana inanmaq və ibadət etmək sadəcə, insanlara məxsusdur. Bu da ağılla bağlı olan ənənədir.

10. Biokimyəvi amillər

San Dieqo Universitetinin əməkdaşı doktor Ajit Varkinin həyata keçirdiyi təcrübədə insan hüceyrəsində mutasiya aşkar edilib. Doktor Vaki insan hüceyrəsinin səthini örtən polisakkrit maddəsi üzərində sadəcə, oksigen molekulu aşkarlayıb. Bu molekul bizi digər heyvanlardan fərqləndirir.

Kamran Əliyev



Redaktorun seçimi