XVII əsrdə İzmirdə yaranan yəhudi dini - Onlar niyə İslamı qəbul etdilər?

162 dəfə oxunub
XVII əsrdə İzmirdə yaranan yəhudi dini - Onlar niyə İslamı qəbul etdilər?

Mistisizmə və kabbalaya əsaslanan Sabetay Sevinin qurucusu olduğu Sabetayçılıq dini inancı necə meydana gəlib və inkişaf edib?

Sabetayçılıq dini İspaniyanın Bask vilayətindən qaçmış və Osmanlıya sığınan yəhudilərim yaratdığı dini inancdır. İzmirdə yaşayan Sabetay Sevi adında bir ravvin yəhudilərdəki məsih anlayışını qəbul edib və camaata demişdi ki, “rahat olun, sizin məsihiniz mənəm”. Bəzi yəhudilər də bu qərarı eşidərək, onun davamçısı olmağa başlayıblar. Bir müddət keçəndən sonra həmin ravvin yəhudilərin təməl dini qadağalarının caiz olduğunu deməyə başlayıb. Bunu bilən yəhudi camaatı padşaha şikayət etməyə başlayıb. Padşah sərt xəbərdarlıq etsə də, ravvin özünü ələ verməyib.

Sevi çox ağıllı adam idi və digər ravvinləri öz ağılı ilə ram edirdi. Yəhudi ravvinlər yenə də onun barəsində padşaha şikayət edirlər. Padşah yenidən Sevini çağırıb və “ya müsəlman olmalısan, ya da səni oxatanlarımız vuracaqlar” deyib. Sabetayın başqa çarəsi qalmadığı üçün müsəlmanlığı qəbul edib.

Lakin bu, sadəcə, sözdə qaldı. Müsəlmanlığı qəbul edən yəhudilər evə qayıdanda doğma dinləri ilə məşğul olurdular.

Onlar İspaniyadan köçmüş yəhudilər idi. Təhsilə, sənətə, ticarətə önəm verirdilər. İstanbulda, İzmirdə və xüsusilə də Balkan yarımadasının Qüdsü sayılan Salonikdə yaşayıblar.   Həmin dövrdə bu şəhər bütünlüklə yəhudilərə aid idi. Əhalinin qalan hissəsi isə Sebatayçı camaatdan və müsəlman türklərindən ibarət idi. Həmçinin orada başqa azlıqlar da yaşayırdı.

Osmanlı imperiyasının zəiflədiyi bir vaxtda milliyyətçilik axınları baş qaldırmışdı və müxtəlif cəmiyyətlər adı altında yəhudilər güclənməyə başlamışdılar. Digər millətlərdən ayrılaraq, Osmanlı imperiyasında siyasətə və medianı idarə etməyə başlayıblar. 1924-cü ildə yunanlar Anadoludan köçürüldüyü zaman türklər də Yunanıstandan köçürülmüşdü. Yunanıstandan türklərlə bərabər sebatayçılar da köçmüşdü.

Müasir Türkiyənin siyasəti, hərb sistemi, incəsənətinin formalaşmasında xüsusi rol oynayıblar.

Kamran Əliyev

 



Redaktorun seçimi