Yeni bir planetin yaranma prosesi lentə alındı - İLK DƏFƏ

135 dəfə oxunub
Yeni bir planetin yaranma prosesi lentə alındı - İLK DƏFƏ
Astronomlar gənc bir ulduzun ətrafında fırlanan toz burulğanında yaranmaqda olan eksoplanet kəşf ediblər.
 
Faktor.az Space.com-a istinadən xəbər verir ki, Çilidəki Avropa rəsədxanasında böyük bir teleskopun köməyi ilə görünən eksoplanetin cücə ulduz PDS 70-in yanından fırlandığı və ulduzun sağında parlaq nöqtə olduğu açıqca görünüb.
 
Almaniyada Max Planck Astronomiya İnstitutunun alimlərinin bu kəşfi meydana gəlmə mərhələsindəki yeni və böyük bir dünyanın açıq görüntüsünü ehtiva edən ilk nümunədir. PDS 70 ulduzunun 5.4 milyon yaşı var və  Yerdən 370 işıq ili uzaqdadır. 
 
Kosmonavtlar PDS 70B adlandırılan planetin Yupiterdən 2 ya da 3 dəfə böyük, ətrafında fırlandığı ulduzundan isə 3 milyard kilometr uzaqlıqda olduğunu bildirib.
 
PDS 70B-də temperatur Günəş Sistemindəki hər hansı planetdən daha yüksəkdir. 
 
Banu


loading...
loading...

Redaktorun seçimi