Putinin hər kəsdən gizlətdiyi qızları - VİDEO

85 dəfə oxunub
Putinin hər kəsdən gizlətdiyi qızları - VİDEO
Dünya liderləri arasında ən maraqlı adlardan biri Vladimir Putindir. 
 
Faktor.az sizə Rusiya prezidentinin siyasətindən yox, özəl həyatından danışacaq.
İlk öncə Putinin eks həyat yoldaşı Ludmila Putindən başlayaq.
 
1983-cü ildə ailə qurub və 2014-cü ildə boşanıblar. Bu evlilikdən iki qızları var: Yekaterina Putin və Mariya Putin. Putin şəxsi həyatını hər zaman mediadan gizlədən siyasətçilərdəndir.
Bu günə kimi mediada qızlarından bəhs etməyə icazə verməyib.
 
 
Tək danışdığı şey qızlarının sıradan həyatları olduğu və onlarla qürur duymasıdır:
 
"Qızarım siyasət və ticarətlə məşğul deyillər. Hər iki qızım Rusiyada yaşayır və xaricdə təhsil almayıblar. Adi insanlar kimi öz həyatlarını yaşayırlar və bunu fəxrlə edirlər. Üç dildə sərbəst danışırlar, öz işləri var. Qızlarımla qürur duyuram".
 
Gəlin Putinin sirr kimi saxladığı qızları ilə tanış olaq:
 
Böyük qızı Mariya Putin. 1985-ci ildə Sank-Peterburqda anadan olub. Sank-Peterburq Universitetinin məzunudur.
 
 
Hollandiyada yaşayır və hollandiyalı iş adamı Jorrit Faasen ilə evlidir.
 
Həyat yoldaşı Hague Universitetindən məzun olduqdan sonra "Gazprom" şirkətinin müdiri vəzifəsində çalışır. 
 
Nə qədər sadə həyatı var bilmirik, amma milyarder olduğu dəqiqdir.
 
İkinci qızı Yekaterina Putindir.
 
1986-cı ildə Almaniyada anadan olub. O da bacısı kimi San-Peterburq Universitetinin məzunudur. 
 
Atasının soyadı yerinə, anasının qızlıq soyadını daşıdığı və Moskva Dövlət Universitetində hökumət tərəfindən maliyyələşdirilən layihələrə rəhbərlik etdiyi deyilir. 
 
O həm də rəqqasədir. 
 
Akrobatik rəqs mütəxəssisi. 2013-cü ildə 35 yaşlı Kirill Şamalov ilə ailə həyatı qurub. Həyat yoldaşı Rusiya bankının ortağı Nikolay Şamalovun oğludur. Kirill Şamalov Moskvanın mərkəzində yerləşən qaz emalı və neft-kimya şirkəti "Sibul Holding"in müdiridir. Başa düşdüyünüz qədər çox zəngin cütlükdür.
 
 
Putin qızları haqda nə qədər "sadə həyatları var" desə də, hər iki qızın ultra zəngin həyatları olduğu məlumdur.
 
Lalə 
 
 


loading...
loading...

Redaktorun seçimi