Dünyanın ƏN ZƏNGİN 25 ailəsi - REYTİNQ

99 dəfə oxunub
Dünyanın ƏN ZƏNGİN 25 ailəsi - REYTİNQ

"Blomberg" agentliyi dünyanın 25 ən zəngin ailəsinin reytinqini dərc edib.

Faktor.az xəbər verir ki, bu ailələrin toplam olaraq 1,1 trilyon dollara nəzarət etdiyi bildirilir.

"Walmart" supermarketlər şəbəkəsinə malik olan Uolton ailəsi dünyanın ən zəngin ailəsi hesab edilir. Ailəsinin sərvəti 150 milyard dollardan çox qiymətləndirilir.

İkinci yerdə 95 milyard dollarla Koxlar ailəsi (Çarlz və Devid Kox) qərarlaşıb. Üçüncü yerdə isə Frenk Marsın varisləri dayanır. Mars ailəsinin sərvəti 90 milyard dollar qiymətləndirilir.

Dördüncü yeri 54 milyard dollar sərvəti ilə Belçika ailələri Van Damm, De Mevius və De Şpelberx Bel tutur. Onlar "Anheuser-Busch InBev" pivə istehsalçısı olan şirkətin səhmlər paketinə nəzarət edirlər. Beşinci yerdə olan fransalı Belçikadan olan Düma ailəsi isə Hermes Modalar Evinə rəhbərlik edir və 49,2 milyard dollar sahibdir. (publika.az)


loading...
loading...

Redaktorun seçimi