Öcalan niyə edam edilmədi - Bir qatilin gündəliyi

279 dəfə oxunub
Öcalan niyə edam edilmədi - Bir qatilin gündəliyi

Mərmərə dənizindəki adalar illər boyu Türkiyənin ən təhlükəli sürgünlərinə və məhbuslarına ev sahibliyi edib.

Osmanlı şahzadələri orada saxlanılıb, Trotski Stalin Rusiyasından qaçıb, həmin adalarda özünə yurd salıb, 1960-cı il Türkiyə çevrilişindən sonra sabiq baş nazir orada edam edilib və s.

İndi də İmralı deyilən adada məşhur bir məhkum var: Türkiyənin bütövlükdə “əsas terrorçu” dediyi adam. Saçları ağarıb və çəki itirib. Günü-güzəranı akademik araşdırmaları oxumaqla keçir. Kamerasında qısa dalğalı radiosu və televizoru var.

Təxminən 19 ildir ki, bir neçə gözətçi, vəkil və ailə üzvlərindən başqa heç kim onu görməyib və səsini eşitməyib. Həmçinin o da heç kimi görməyib. Buna rəğmən, Abdullah Öcalan Kürd Silahlı Hərəkatı PKK-nın lideri olmaqda israr edir.

1999-cu ildə Öcalanın Keniyada ələ keçirilməsi Türkiyə ilə PKK terrorçuları arasındakı anlaşılmazlıqda kilid rol oynamasının qarşısında maneə deyil. Öcalanın PKK üzərindəki təsirinin davam etdiyinə dair şübhələr 2012-ci ilin noyabr ayında tamamilə aradan qaldırılıb. Kamerasından verdiyi əmrdə yüzlərlə kürd etirazçının aclıq aksiyasına son verməyini əmr etmişdi.

Əmr qısa zamanda qəbul və tətbiq edildi.  Bu hərəkat Türkiyə hökumətini əsaslı qərar verməyə məcbur etdi: PKK ilə 30 illik münaqişələri həll etmək istəyirlərsə, bunu Öcalanın iştirakı ilə etməyə məcbur ola bilərlər.

Abdullah Öcalanla ən çox görüşən şəxs Türkiyənin qərbində əkinçiliklə məşğul olan qardaşı Mehmetdir. Qardaş Öcalan kənddəki evlərində verdiyi müsahibə zamanı, “İnanılmaz iradəsi və əzmi onu gücləndirir” deyib. Abdullah Öcalanın qartopu oynayan zaman çəkilən və divardan asılan fotosunu göstərərək, “həbsxana şərtləri çox çətindir” deyib. Qardaşlar adətən, 45 dəqiqə görüşə bilir. Həmin müddətdə isə gözətçilər onları izləyir.

Mehmet Öcalan davam edir:

“Görüş zamanı təxminən 15 dəqiqə kənddə-kəsəkdə baş verənlərdən, qalan yarım saatda isə bölgədəki və dünyadakı hadisələrdən danışırıq”.

Öcalan tərəfdarlarına çatdırmaq üçün sizə təlimatlar verirmi?

“Bəzən deyir. Mən Kürdlərin Barış və Demokratiya Partiyası üzvüyəm. Abdullah Öcalan kürdlər və türklər arasında körpüdür. Bu körpü yıxılsa, onda çox ciddi parçalanmalar yaşanacaq. Əvvəl də bunu demişdim. O körpüdür. Qardaşım insanlıq adına, qan axıdılmasının qarşısını almaq adına vuruşur”.

Edam və həbs

19 il əvvəl bu gün (29 iyun 1999) Öcalanın son məhkəməsində aldığı qərarlar və verdiyi əmrlər, terrorçuları təlimatlara sövq və idarə edərək, dövlətin hakimiyyəti altında olan torpaqlardan bir qismini dövlət idarəsindən ayırmağa istiqamətli hərəkətləri müəyyənləşdirilib. Və yekdilliklə edama məhkum edilib.

Lakin edam qərarı yerinə yetirilmədi...

Təbii ki, ABŞ-ın onu “edam edilməmə” şərti ilə təslim etməsi, Avropanın təzyiqinin təsiri var idi.

Lakin başqa bir detal da var idi:

Dövlət də ölüm cəzasını istəmədi. Dövlətin ən dərin yerlərində verildi bu qərar. “Edam edilməyinin cəmiyyətə heç bir xeyri yoxdur, amma sağ qalmasının çox faydası olacaq” deyildi. Jurnalistlərə bu istiqamətdə yazılar yazdırıldı və cəmiyyətin xofu bir az alındı.

Amma “asılmağının mənası yoxdur” deyən dövlət problemin həlli üçün ağlını işlədə bilmədi. Və hər hansı addımı atmadı. Düz-əməlli “Öcalan siyasəti” yolunu təyin etmədi.

Onun yerinə, bəzən Öcalanın mesajlarını cəmiyyətə çatdırdı, bəzən nəzarəti gücləndirdi, bəzən ağır təcridxana şərtlərini tətbiq etdi.

Öcalanın edam qərarı ləğv edilibsə, bunun səbəbi onun canlı cüssəsindən və ya cinayət planları ilə dolu beynindən fayda gözlənildiyi üçün deyildi. Bu qərar sadəcə, gözlədikləri nəticəni ala bilməyənlərin gecə-gündüz çiçəkləri kimi bəzən başlarını qaldırıb, çarəsizliklərini və pessimistliklərini göstərdiklərini əks etdirir.

Başqa heç bir mənası yoxdur.

Türkiyə Abdullah Öcalanın səsini sonuncu dəfə 1999-cu ildə İmralı adasındakı məhkəməsi zamanı eşitmişdi.

Nərgiz Nənə



Redaktorun seçimi