Qaşlarımız olmasaydı, nə baş verərdi? - İNANILMAZ FAKTLAR

Hit: 437
Qaşlarımız olmasaydı, nə baş verərdi? - İNANILMAZ FAKTLAR

Hamımızın qaşları var. Bəs qaşların funksiyası tam olaraq nədir?

Qaşlarımız tərin, suyun və kiçik şeylərin gözümüzə düşməsinin qarşısını alır. Lakin qaşların daha bir vacib funksiyası var. Bu, həm də insan münasibətləri ilə bağlıdır.

Keçmişdə atalarımız həyatda qalmaq üçün birlikdə yaşamalı idi və müasir dövrdə də beynimizdə bunun izlərinin qalığını görə bilirik.

“Nature Ecology and Evolution” adlı jurnalda nəşr olunan araşdırmaya görə, təhdidkar və ya dostcanlı görünmək bacarığımız özünü sümüklərimizdə əks etdirir. Xüsusilə kəllə sümüyü burada xüsusi fəallıq göstərir.

Hamımız insanların Neandertallar kimi qədim dövr insanlarının bizdən daha fərqli göründüyünü bilirik. Ən aydın fərq isə bizim düz və şaquli alınlarımız olsa da, arxaik insanların çox böyük və geniş alın çıxıntısının olmasıdır. Alimlərin fikrincə, bu, bizim aramızdakı ən böyük fərqdir.

Dominantlıq

Aparılan araşdırmalar göstərir ki, uzaqdan gələn birini görəndə, onun üçün təhlükə olmadığımızı bildirmək üçün qeyri-ixtiyari şəkildə qaşlarımızı qaldırırıq. Darvinin hələ XIX əsrdə həyata keçirdiyi araşdırmalar göstərib ki, bir-birilə eyni hissləri paylaşan insanlar da qaşlarını qaldırır.

Arxaik insanlardakı qaş çıxıntılarını izah edən nəzəriyyəyə görə, bu, heç də deyildiyi kimi çeynəmə və ya digər fəaliyyət mexanizmlərindən yaranmayıb. Güman ki, bu çıxıntı da digər primatlardakı kimi sosial üstünlüyü göstərmək məqsədilə zamanla yaranıb.

Bu gün həmin alın çıxıntısının olmaması beynimizdəki dəyişikliklər, həmçinin üzümüzün kiçilməsi ilə bağlıdır.

Hisslərin ifadəsi

Tarixi cəhətdən baxanda üzümüzdəki bu dəyişikliklərin önəmli sosial məsələlər, eyni zamanda, insan münasibətləri ilə birgə ortaya çıxdığını görərik. Müasir insanlar daha böyük və dünyəvi qruplarda yaşayamağa uyğunlaşıblar. Beləliklə, insanlar öz qruplarından olmayanlarla da effektiv münasibət qura bilir.

Qaşların bu cür formalaşması həyati əhəmiyyət kəsb edir. Amma bu dəyişikliklər yalnız insanlara aid deyil. Canavarların dominant heyvanlara çevrilməsi də buna bənzər nümunədir. İtlərin quyruqları canavarlara nisbətən daha hərəkətli, üzləri isə daha hamardır. Qaşlarını qaldıran itlər daha sevimli görünürlər və onları tez bir zamanda sığınacaqlardan alırlar. Deməli, insanlar və itlər üçün ətrafdakılarla uyğunlaşmaq həyati əhəmiyyət kəsb edir. Atalarımız üçün də qaşların təkamülü dostluğu ifadə etməkdə böyük rol oynayıb.

Bütün bunlar dominantlıq prosesi adlanır. Bizim beynimiz, bədənimiz, hətta bütün anatomiyamız ətrafımızda olan insanlarla daha yaxşı münasibət qurmağımıza kömək edir.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi