Cəsədin gözlərindən biri açıldı, nəfəs almağa başladı - Xəstələri öldürən çılğın alim

Hit: 454
Cəsədin gözlərindən biri açıldı, nəfəs almağa başladı - Xəstələri öldürən çılğın alim

Çılğın elm adamlarının sadəcə fantastik və qorxulu filmlərdə olduğunu düşünsəniz də, əslində elə deyil. Faktor.az olaraq keçmişdə və günümüzdə yaşayan alimlərin bir qismini təqdim edirik.

Leonardo Da Vinçi

Bu gün bir çoxumuz onu sənət əsərlərindən tanıyırıq, lakin Leonardo da Vinçi əsl çılğın idi. İncəsənətdən başqa bir çox sahəyə maraq göstərən Da Vinçi mühəndislik, anatomiya və ixtiralarla da məşğul olmağı sevirdi. Da Vinçi helikopteri ixtira edən şəxs kimi də tanınır. Onun dövründə uça bilən tək şey quşlar və həşəratlar idi. Da Vinçi “uçmaq istəyirəm” deyərək, ilk vertolyot sxemini hazırlayıb. Bu sxem yalnız kağız üzərində idi, amma Da Vinçi paraşütün də kəşf edilməsinə vəsilə olduğu üçün bu fikrinə də inanırdı. Da Vinçinin meyitlər üzərində araşdırma aparmağa da böyük həvəsi var idi.

Henri Markram

Müasir dövrümüzün alim və professorlarından Henri Markram 2018-ci ilə qədər bir cihazın içərisinə canlı beyin yerləşdirmək istəyirdi. Bununla süni intellektin daha mükəmməl olmağına çalışırdı. Alim “Mavi beyin layihəsi” adlandırdığı, düşünən, hiss edən, aşiq olan varlıq yaradacığına ümid edir. Bunu etməkdə əsas məqsədi beynin necə işlədiyini anlamaqdır.

Covanni Aldini

İtalyan fizik Covanni Aldini real həyatda Viktor Frankenşteyn kimi tanınan iki nəfərdən biridir. Aldini bu adı 1803-cü ildə həyata keçirdiyi ölünü diriltmək təcrübəsindən sonra qazanıb. Aldini bu təcrübə üçün həyat yoldaşı və uşağını öldürən, daha sonra edam edilən qatil Corc Fosterin cəsədini satın alıb. Aldini Fosterin cəsədini “Royal College of Surgeons” aparıb, tamaşaçıların gözü qarşısında elektrodları Fosterə bağlayıb və suyu açıb. Nəticəni görəndə hər kəs şoka düşüb. Fosterin üz əzələləri dartılmağa başlayıb, sol gözü açılıb və bir neçə saat sonra Foster nəfəs alıb. Aldininin istifadə etdiyi batareya tükənəndə isə Fosterin cəsədi yenidən əvvəlki halına qayıdıb.

Yohan Konrad Dippel

Frankenşteyn üçün ilham qaynağı olan digər elm adamı Yohan Konrad Dippel bir işlə kifayətlənən alim deyildi. Alman həkimin maraq dairəsinə səma elmləri, tanrıçılıq, hobbilərinə isə meyitləri oğurlamaq, onlar üzərində təcrübə aparmaq, süni həyat yaratmaq kimi işlər var idi. “Dippelin yağı” deyə yaratdığı böcək qovucu İkinci Dünya müharibəsinə qədər istifadə edilib. Yohan Konrad Dippel bir zamanlar əxlaqsızlıqda ittiham olunub.

Çarlz Hoflinq

Bir başqa çağdaş dəli, psixiatr Çarlz Hoflinq insanların itaətkarlığının sərhədlərini yoxlamağı sevirdi. Bu məqsədlə o, 1966-cı ildə 22 gecə işçisi tibb bacısına xəbər vermədən xəyali həkim kimi xəstəxanaya zəng edib, xəstələrə xəyali bir dərman verməyi deyib. Bu dərman təsdiq edilmiş dərman siyahılarında yox idi. Üstəgəl, şüşənin üstündə maksimum 10 mg verilməsi yazılsa da, Hoflinq 20 mg verilməli olduğunu deyirdi. 22 tibb bacısından 21-i bu əmrlərə əməl etmişdi. Bununla da xəstəxananın 3 əsas qaydasını pozmuşdular: telefonla əmir almamaq, maksimum dozanı keçməmək və icazəsiz dərman qəbul etmək.

Elon Mask

Elon Maskın çox çılğın fikirləri var. Hazırda Los Ancelesdən San Fransiskoya insanları 30 dəqiqəyə apara biləcək “Hyperloop” adlı nəqliyyat vasitəsi istehsal etməyi planlaşdırır. Maskın çılğın fikirlərindən biri də süni intellektdən istifadə etməkdir. 2015-ci ilin dekabrında süni zəkanı araşdıran “OpenAI” adlı şirkət yaradıb.

Yulius Robert Oppenhaymer

Amerikalı nəzəri fizik Yulius Robert Oppenheymer 10 ildən çox fizika dərsləri verib. Lakin çox insan onu ilk atom bombasını hazırlayan Manhattan layihəsi ilə tanıyıb. Buna görə “atom bombasının atası” kimi tanınır. Bu, onun ilk çılğın addımı idi. Növbəti çılğınlığını nüvə silahlarının beynəlxalq nəzarəti və qlobal nüvə fəlakətinin qarşısını almaq üçün hazırlayıb. Bir sözlə, o, konqresə nüvə silahları ilə bağlı təklifi irəli sürən və onu ləğv etməyə çalışan adam kimi yadda qalıb.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi