Eynşteyn bu xalqı təhqir edibmiş: "Axmaqdırlar, uşaqları həm ruhsuzdur, həm də duyğusuz"

Hit: 419
Eynşteyn bu xalqı təhqir edibmiş: "Axmaqdırlar, uşaqları həm ruhsuzdur, həm də duyğusuz"
Alman fizik Albert Eynşteynin xaricilərlə bağlı irqçi düşüncələrini qələmə aldığı səyahət gündəliyi aşkara çıxıb. Eynşteynin gündəliyi 1922-1933-cü illəri əhatə edərək Orta Qərb və Uzaq Qərbdəki səyahətlərdən bəhs edir. Çinliləri pis, axmaq xalq kimi yad edən Eynşteyn gündəlikdə bu qeydləri yazıb: "Başqa irqlərin də yerini almış olsaydılar, daha betər olardı. Çinli uşaqlar həm ruhsuzdur, həm də duyğusuz. Onlar sürüyə bənzər qəribə xalqdırlar”. Eynşteyn Çin haqqında yazdığı gündəlik xatirələrində buradakı kişi və qadınlar arasında da bir o qədər fərq olmadığını qeyd edir. Alim ABŞ haqda da fikirlərini gündəliyində paylaşıb: "İnsan haqları uğrunda mübarizə aparan ABŞ irqçiliyi də ağ dərililərin xəstəliyi adlandırırdı". Princeton Universitetinin yayımladığı materialda Eynşteyn Şri Lankadan Çin və Yaponiyayadək uzanan yolçuluğundan bəhs edilir. Misirdə Port Səid limanında olan Eynşteyn buradakı əhalini belə yad edir: "Onlar sanki cəhənnəmdən qaçıblar”. Şri-Lanka da Eynşteynin xatirində pis xatirələrlə yadda qalıb: "Onlar böyük bir çirkab içində yaşayırlar. Ehtiyacları daha azdır. Daha az işlə məşğul olurlar”. Bəsti İsrafilova Faltor.az








Redaktorun seçimi