Yaratdığımız robotlar bizi məhv edəcək - Canlı enerji mənbəyinə çevriləcəyik

Hit: 318
Yaratdığımız robotlar bizi məhv edəcək - Canlı enerji mənbəyinə çevriləcəyik

Süni intellekti müəyyən edən anlayış zamanla dəyişsə də, insan kimi düşünməyə qadir cihazların yaradılması süni intellektin bariz nümunəsidir. İnsanoğlu dünyanı özünə uyğun formada dəyişə bilən varlıqdır. Yeni məlumatlar əldə etdikcə isə bu dəyişikliklərə təsiretmə gücümüz artır.

Yaratdığımız cihazların bizim üçün daha əlverişli olmağını istəyiriksə, onda özümüzü bu fəaliyyətin bir hissəsi kimi görməliyik.

İstehlak dünayasında gündəlik həyatımızda qəbul etdiyimiz məhsulların çoxu süni intellektin nəticəsi kimi yaranıb. Məsələn, “Apple” şirkətinin Siri və “Google” şirkətinin Google Asistantı kimi özünü idarə edə bilən tətbiqləri süni intellektin məhsuludur. Bu siyahıya hər birimizin istifadə etdiyimiz smartfonlar və kompüterlər də aiddir.

Süni intellekt müasir dünyamızın böyük əksəriyyətini işğal edib. Tibb, memarlıq, fizika, riyaziyyat kimi mühüm sahələrdə insanların işini asanlaşdırır. Gündəlik həyatımızın gedişatından da bunu açıq formada görə bilərik.

Süni intellektin insanları ötüb keçəcəyi ilə bağlı haqlı qorxular var. Çünki süni intellektin sürətlə inkişaf etməsi gələcəkdə həyatımızda mənfi hallarlla nəticələnə bilər. Hətta robotlar bizi məhv etməsələr də, insanları canlı enerjiyə çevirə bilərlər.

Ən dəhşətlisi odur ki, fiziki və əqli fəaliyyətin avtomatlaşması dərin qlobal sosial dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər müsbət və ya mənfi istiqamətdə inkişaf edə bilər.

Texnologiya nəhəngləri olan Google, Microsoft, IBM, Facebook, Amazon kimi şirkətlər süni intellekt sahəsində yeni fəaliyyətlər həyata keçirəcək və bu sahədə araşdırmalar apararaq, robotların çoxalmasını təmin edəcəklər. Bu isə nəticəsi heç də xoş olmayan proseslərlə sonlana bilər.

Kamran Əlieyev//Faktor.az









Redaktorun seçimi