Qadının göz yaşının axdığı yerdən ölmüş ərinin sümükləri çıxdı - Dünyanın ən böyük qəbiristanlığı

Hit: 656
Qadının göz yaşının axdığı yerdən ölmüş ərinin sümükləri çıxdı - Dünyanın ən böyük qəbiristanlığı

Bəzi məlumatların əksinə, Çin səddini kosmosdan görmək qeyri-mümkündür. Səddi ancaq köməkçi vasitələrlə görmək olar.

Eramızdan əvvəl 221-207-ci illərdə Qin sülaləsinin hakimiyyəti dövründə tikilən səddin inşasında kərpicləri bir-birinə yapışdırmaq üçün düyü unundan istifadə olunub. Ming sülaləsi dövründə səddin tikintisinin son mərhələsi həyata keçirilib. Bu dövrdə divarda müdafiə istehkamları tikilib.

Böyük Çin səddi dünyanın ən kütləvi qəbiristanlığı adlandırılır. Bir milyondan çox insan divarın inşası zamanı həlak olub. Arxeoloqlar araşdırmalar zamanı divarın kənarında insan qalıqları tapıblar.

Çin səddinin uzunluğu 88 518 kilometr hesablansa da, min illər ərzində tikildiyi üçün ümumi uzunluq 2 119 618 kilometr olaraq müəyyənləşdirilib.

Hazırda səddin şimal-qərb hissələri eroziya təhlükəsi ilə üz-üzədir. İnsanların və təbiətin müdaxiləsi nəticəsində səddin bu hissəsi 20 il ərzində dağıla bilər. Hər il 10 milyondan çox insan Çin səddinə səfər edir.

Səddin ən məşhur hissəsi 300-dən çox dövlət başçısı və digər möhtərəm qonaqlar tərəfindən ziyarət olunan Badalinqdir.

Mədəni İnqilab (1966-1976) dövründə Çin səddinin kərpiclərinin bir hissəsi evlərin və ya su anbarlarını inşası üçün götürülüb. Bəzi hissələri isə avtomobillərin rahat hərəkət etməsi üçün genişləndirilib.

Çin səddi ilə bağlı yayılan ən məşhur əfsanələrdən birində deyilir ki, Men Jianqu adlı qadının əri səddin inşası zamanı həlak olub. Qadın ərinin ölümünə ağlayarkən səddin həmin hissəsi göz yaşlarının tökülməsi nəticəsində dağılıb. Bundan sonra ərinin sümükləri dağıntıların altından çıxıb və qadın onu dəfn edib.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi