Flaminqo yeyirdilər, çəngəldən istifadə etmirdilər - Roma haqqında qəribə faktlar

Hit: 696
Flaminqo yeyirdilər, çəngəldən istifadə etmirdilər - Roma haqqında qəribə faktlar

Roma haqqında əfsanəyə görə, Tibr çayının mənsəbindən 25 km aralı çayın sol sahilindəki təpələrdə Roma şəhəri salınb. Roma imperiyasının əsası Romul tərəfindən eramızdan əvvəl 753-cü ildə qoyulub. Şəhər bir neçə yüz il ərzində zəngin və güclü şəhərə çevrilə bilib. Eramızın 117-ci ilində Roma imperiyası bütün İtaliyanı, Aralıq dənizi ətrafındakı əraziləri və İngiltərəni, Uelsi və Şotlandiyanın bir hissəsini tutub.

Əfsanəyə görə, latın şəhərlərindən birinin padşahı qardaşı qızının əkiz oğlan uşaqlarını Tibr çayına atdırır. Uşaqlar olan səbət ağaca ilişir. Bir dişi canavar onları südü ilə bəsləyir. Uşaqları çoban tapıb tərbiyə edir. Uşaqlardan birinin adı Romul, o birinin adı Rem idi. Onların şəhər salmaq və onun kimin idarə etməsi üstündə mübahisələri düşür. Romul Remi öldürür. Romul çobanın onları tapdığı yerdə şəhər salır və Roma adlandırır. Beləliklə, e.ə. 753-cü ildə Roma şəhəri salınır, Romalılar öz tarixlərini bu ildən başlayırlar.

Romalılar böyük imperiya quraraq, güclü orduları sayəsində yeni torpaqları asanlıqla ələ keçiriblər. Gün ərzində 40 km-ə qədər məsafə qət edirdilər.

Döyüş zamanı bir Roma əsgəri və ya "legioner" əvvəlcə düşmənə nizə atır, sonra qılıncla vuruşurdu. Özünü qoruya bilmək üçün ağac qalxanından istifadə edir, metal dəbilqə və zireh geyinirdilər.

Romalılar sırf döyüş meydanında olmurdular. Onlar həm də gözəl memar və mühəndis idilər. Bizim indi gördüyümüz yol və istehkamların bir çoxunu qədim romalılar inşa edib.

Şəhərləri su ilə təmin etmək üçün su kanalları və körpülər inşa etmişdilər. Əhalinin istifadəsi üçün kütləvi su sistemləri mövcud idi.

Zəngin romalılar ekzotik yeməkləri sevirdilər. Leyləkləri, qızardılmış tutuquşuları, hətta flaminqoları da yeyirdilər. Yeməklərində sadəcə, qaşıqdan istifadə edirdilər. Çəngəl və bıçaq Roma süfrəsində heç vaxt olmurdu.

Romalılar həyatın müxtəlif sahələrini idarə edən tanrılara inanırdılar. Məsələn, Neptun okean tanrısı idi və onlar dənizdə salamat qalmaq üçün Neptuna dua edirdilər. Məbədlər tanrılara hörmət adına tikilib və insanlar öz qurbanları ilə birlikdə həmin məbədləri ziyarət edirdi.

Qədim romalılar tərəfindən tikilən ən məşhur abidələrdən biri Kolizeydir. Kolizey Romanın mərkəzində yerləşən amfiteatrdır. Burada romalılar qladiatorlar arasındakı döyüşlər də daxil olmaqla, idman oyunlarını izləyə bilirdilər.

Romada kişilər müxtəlif uzunluqda və rənglərdə isti tuniklər geyinirdilər. Toqqa adlı digər geyim isə şala bənzəyirdi. Bu, zəngin təbəqəyə məxsus geyim idi.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi