"Mənim icazəm olmadan danışmayacaqsan" - Əsrin ən dahi insanından inanılmaz qaydalar

Hit: 488
"Mənim icazəm olmadan danışmayacaqsan" - Əsrin ən dahi insanından inanılmaz qaydalar

Albert Eynşteyn bütün zamanların ən ağıllı və nüfuzlu şəxslərindən olub. Dövrümüzün ən mühüm kəşflərinə imza atıb. Hətta düşünüləndən, bilinənlərdən çox daha maraqlı insan idi.

Yaxşı sürücü deyildi

Kütlə və enerji arasındakı bərabərlik kimi bir çox elmi prinsipi mənimsəyən insan üçün avtomobil idarə etmək yəqin ki, çox da çətin olmamalı idi.  Lakin Eynşteyn bunu bacarmırdı. Harasa getmək lazım olanda yaxın dostları və ailə üzvləri aparırdı.

Universitet imtahanlarını verə bilməyib

Albert Eyşteynin dahiliyini nəzərə alsaq, çox yaxşı tələbə olduğunu deyə bilərik. Lakin o, universitet imtahanlarını verə bilməyib. 1895-ci ildə 16 yaşlı Eynşteyn İsveçrənin Sürix Federal Politexnik institutuna daxil olmaq üçün imtahan verib. Riyaziyyat və fizikdan yüksək nəticə əldə etsə də, digər fənlərdə o qədər uğurlu olmayıb.

Atom bombasının yaranmasında birbaşa iştirak edib

Albert Eynşteyn atom bombasınının yaradılmasında birbaşa iştirak edib. Bombanın yaradılmasına kömək etməsə də, ABŞ prezidenti Franklin Ruzveltə yazdığı məktubda atom silahının xalqların təhlükəsizliyi üçün vacibliyinə onu inandırıb. Lakin sonradan bu fikrinə özü də qarşı çıxmışdı. Çünki o, nasistlərin bu silaha müttəfiqlərindən daha tez sahib olacağından qorxurdu.

Evliliklə bağlı maraqlı fikirləri var idi

Eynşteynin şəxsi məktublarından evlilikdən kənar bir qızının olduğu bəllidir. Tələbəsi Mileva Maric ilə aralarındakı sevgi münasibətləri bir qızlarının olmasına gətirib çıxarır. Mileva uşağın adını Lieserl qoyur. Maraqlıdır ki, Eynşteyn bu uşağı heç vaxt görməyib. Mileva 1902-ci ildə Novi Sadda öz evində qızı dünyaya gətirir. Eynşteyn isə 1902-ci ildə Bernedəydi. Doğuş prosesi çətin keçir və uşaq doğulduğu il də vəfat edir.

Sonradan Eynşteyn və Mileva evlənirlər. İki oğulları olur: Hans Albert və Eduard. Eynşteyn elmi araşdırmalarına görə, tez-tez xarici ölkələrdə olurdu, ailəsinə zaman ayıra bilmirdi. Buna görə ailəsi dağılır və boşanırlar. Ancaq evi pərdəylə iki yerə ayırıb bir evdə yaşamağa davam edirlər. Mileva ilə evli olarkən Eynşteyn onunla qəribə bir müqavilə bağlayıbmış

Müqavilə beləydi:

1. Paltarlarımın təmiz olmağına həmişə nəzarət elə.
2. Hər gün 3 cür yemək olsun.
3. Yataq otağıma və iş otağıma heç kim gir bilməz, yataqda isə tək yatacam. 
4. Mənim icazəm olmadan kiminləsə tanış ola bilməzsən, sosial əlaqələrdə ola bilməzsən.
5. Mən istəməyincə mənimlə danışmayacaqsan.

Mileva bu şərtləri qəbul edir. Lakin sonradan həyat yoldaşını onu tərk edərək, uşaqları ilə birlikdə Sürixə yola düşür. Milena Mariç ilə boşandıqdan sonra Eynşteyn öz əmisi qızı Elza ilə ailə həyatı qurur.

Beyni bizimkindən böyük idi

Eynşteyn 1955-ci ildə daxili qanaxmadan vəfat edib. Cəsədi istəyinə uyğun olaraq, elmin inkişafı üçün tədqiqatçıların araşdırmasına verilib. Xüsusilə də beyni bir çox araşdırmada yer alıb. 1999-cu ildə Eynşteynin beyninin parietal lobu, vizual və riyazi məlumata cavabdeh olan hissəsinin digər insanlara nisbətən 15% böyük olduğu məlum olub.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi