Fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olan hökmdar - Onun soyundan gəlirik

Hit: 794
Fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olan hökmdar - Onun soyundan gəlirik

Deyilənlərə görə, Çingiz xan fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olurmuş. Bu məlumata əsaslanaraq, araşdırmacılar hazırda dünyadakı hər 200 nəfərdən birinin Çingiz xanın soyunu daşıdığını iddia edir.

Əsl adı "Çingiz" deyildi

Monqolların "Böyük Xan" dediyi Çingiz Xan Onon çayının sahilində 1162-ci ildə anadan olub. Əsl adı Timuçin idi. Mənası isə "dəmir" və ya "dəmirçi" deməkdir. Xan  lider və ya hökmdar mənasını verən ənənəvi ad olsa da, tarixçilər iddia edir ki, monqollar 1206-cı ildə keçirilən görüşdə onu Çingiz Xan elan ediblər. Bu adın mənası hökmdar deməkdir.

Uşaqlığı ağır keçib

Çingiz erkən yaşlarından etibarən Moğol çölündə mübarizə aparmağa məcbur olub. 9 yaşı olanda tatarlar atasını zəhərləyib, anası 7 uşağı təkbaşına böyütməyə məcbur olub. Məşəqqətli bir uşaqlıq dövrü olan Timuçin 10 yaşında olarkən ovladıqları heyvanı bölüşdürməkdə razılığa gələ bilmədiyi üçün ögey qardaşı Bekteri öldürüb. Timuçin 16 yaşında Börte adlı bir qadınla evlənib. Daha sonra Börte merkitlər tərəfindən qaçırılıb və bir adamın qadını olub. Xilas edildikdən 9 ay sonra isə doğuş edib. Çingiz xan oğluna monqolca “qonaq” mənasını verən “Cuci” adını qoyub. Cucini heç vaxt digər oğullarından ayırmayıb.

Görünüşü ilə bağlı dəqiq məlumat yoxdur

Tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq, onun fiziki xüsusiyyətləri ilə bağlı tam məlumat yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızıl saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.

Ən etibarlı generallarından bəziləri keçmiş düşmənləridir

Çingiz xanın ətrafında təcrübəli və peşəkar insanlar yığılmışdı. Bir hadisəni xatırlayaq: döyüşlərdən birində atını oxla vurub öldürüblər. Çingiz xan düşmən tərəfin əsgərlərindən bu əməli kimin törətdiyini soruşanda bir əsgər irəli çıxaraq “Mən!” deyib. Çingiz xan əsgərin cəsarətinə təəccüblənib. Sonralar həmin əsgəri ordusuna zabit təyin edib.

40 milyon insanın ölümündə günahkardır

Monqol istilaları zamanı nə qədər insanın öldürüldüyü dəqiq bilinməsə də, tarixçilər bu rəqəmin 40 milyona yaxın olduğunu açıqlayıb. Orta əsrlərdə əhalinin siyahıya alınması amanı Çin əhalisinin Çingiz xanın dövründə 10 milyon azaldığı aşkar edilib. Xarəzm  imperiyası ilə müharibə dövründə İran əhalisinin düz dörddə biri öldürülmüşdü. Monqolların hücumları nəticəsində dünya əhalisinin 11%-i azalıb.

İlkin poçt sistemini yaradıb

Ox və atlardan başqa, monqolların ən güclü silahı onların geniş kommunikasiya şəbəkəsi idi. Çingiz xanın önəmli qərarlarından biri “Yam” kimi tanınan kuryer xidmətini formalaşdırması idi. Orta əsrlərdə imperiyanın bütün ərazilərinə yayılmış poçt idarələri var idi. Kuryerlər bir neçə kilometr getdikdən sonar istirahət edir və gün ərzində 100 kilometrdən çox yol qət edirdilər. Bu sistemlə mal və məlumatlar qısa zamanda ünvana çatdırılırdı. Çingiz xan bu xidmətlə həm də cəsus məlumatları toplaya bilirdi.

Necə ölüb?

1227-ci ilin 18 avqustunda ölən Çingiz xanın məzarının harada olduğu bilinmir. Basdırıldıqdan sonra məzarın gizli saxlanılması üçün bir neçə at qəbirin üstündə gəzdirilib, beləliklə də məzarın yeri silinib. Məzarın yeri bilinməsin deyə cənazəyə qatılan hər kəs öldürülüb.

Müasir dövrümüzdə Çingiz xanın məzarının açılacağı halda lənət gətirəcəyinə inanırlar və buna görə də məzarın yeri axtarılmır.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi