Marsda kimlər yaşayırdı? - NASA yeni məlumatları yayımladı

Hit: 379
Marsda kimlər yaşayırdı? - NASA yeni məlumatları yayımladı
NASA-nın 2012-ci ilin avqust ayından etibarən Marsa göndərdiyi "Curiosity" kosmik aparatı son məlumatlarını paylaşıb.
 
Faktor.az xəbər verir ki, məlumatlara görə, Gale Kraterindən göndərilən nümunələrdə təxminən 3,5 milyard illik üzvi maddələrə rast gəlinib. Tədqiqatçılar Marsda tapılan üzvi maddələrin qədim həyatın sübutu, həyat üçün qida qaynağı və ya həyat yerinə mövcud olan başqa bir şey kimi dəyərləndirilə biləcəyini bildiriblər.
 
NASA-nın Kaliforniya ştatındakı "Jet Impulse" laboratoriyasından verilən açıqlamada, "Başqa zamanda həyat var olubsa, gələcəkdəki missiyalarla qədim həyatın əlamətlərini tapmaq ehtimalımız indi daha yüksəkdir" deyə bildirilib.
 
Marsdakı yeni tapıntılar, Qırmızı Planetdə bir zamanlar mikroorqanizmlər olduğunu, hətta hələ də varlığını qoruduğunu deməyə az da olsa imkan verir.
 
Banu//Faktor.az








Redaktorun seçimi