Təcavüz skandalına imza atan, anasından uzaq gəzən - rəssam kim idi?

Hit: 316
Təcavüz skandalına imza atan, anasından uzaq gəzən - rəssam kim idi?

Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və “Mona Liza” əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir. 

Leonardo da Vinçi 1452-ci ildə Vinçi şəhərciyinin yaxınlığında nikahdankənar ailədə doğulub. Qeydlərə görə, atası Pyero Vinçi notarius olub. Anası Katerina Vinçinin yerli kəndlilərdən idi. Da Vinçinin valideynləri evli deyildilər. O, 5 yaşına kimi anası ilə yaşayıb, daha sonra başqa bir qadınla evlənən atasının evinə köçürülüb. Rəssam yetkin həyatında anasından bir qədər uzaq gəzib, onunla zaman-zaman məktublaşıb. Yazılarından atası ilə daha yaxın münasibəti olduğu aydın olub. Atasının ölümü Da Vinçini dərindən kədərləndirib.

İntibah dövrünün digər sənətçilərindən fərqli olaraq, Da Vinçi heç bir formal təhsil almayıb. Evdə oxu, yazı və riyaziyyat kimi fənlərdən təhsil alıb. Da Vinçi kənddə yaşadığı dövrdə təbiətə xüsusi sevgi bəsləyib və gününün çox hissəsini açıq havada keçirib. Suyun xüsusiyyətlərinə, habelə yırtıcı quşların hərəkətlərinə xüsusi maraq göstərirdi.

Bir müddət sonra Florensiyaya gedib və gənclik illərinə qədər orada görkəmli Florensiya rəssamı Andrea del Verrocçionun yanında tələbə kimi qalıb. Qısa müddət sonra həmin tələbə böyük rəssama çevrilib.

Da Vinçi çox ləng rəssam olub. Ona görə əsərlərinin çoxu yarımçıqdır. Məşhur "Mona Lisa" ilə yanaşı, tamamlanan əsərləri Parisin Luvr muzeyindəki “Bakirə Məryəm”, “Kiçik İsa” və “Məryəmin anası”dır.

 Da Vinçi 24 yaşı olanda cinsi zorakılıq ittihamı ilə bir neçə dostu ilə birlikdə həbs edilib. Şahidlər sənətçiyə və onun yoldaşlarına qarşı ifadə verməyə macal tapmamış, məhkəmə ittihamlardan vaz keçmişdi. Da Vinçinin qeydlərində bu hadisənin özəl həyatını gizli tutmaq istəyən bir insana qarşı dəhşətli addım olduğu yazılıb. XV əsrdə Florensiyada onun bu cinayətinin cəzası ölüm idi. Ona görə rəssam işi rədd edildikdən bir qədər sonra Florensiyadan Milana köçüb.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi