Misirlilər fironları başqa cür təsvir ediblər - Əslində onlar...

Hit: 1437
Misirlilər fironları başqa cür təsvir ediblər - Əslində onlar...

Qədim misirlilər gözəl görünməyi sevirdilər.

Həm qadınlar, həm də kişilər estetik və terapevtik məqsədlər üçün makiyajdan istifadə edirdilər. Onlar gözlərinin ətrafına malakitdən və mis minerallardan aldıqları yaşıl rəng çəkirdilər. Bu da onları dövrün ən dəbli insanlarına çevirmişdi. Hətta öləndən sonra belə ölüləri makiyaj edir və onlara qulluq edirdilər. Kosmetik vasitələri isə ölülərin sərdabələrinə yerləşdirirdilər.

Misirlilər dişləri ilə bağlı tez-tez problem yaşayırdılar. Qidalarının tərkibində qum olurdu və bu da bir müddət sonra dişlərə zərər verirdi. Baxmayaraq ki, yaşadıqları dövrdə diş həkimləri yox idi, amma onlar dişlərini təmiz saxlamağı bacarırdılar. Mumiyaları araşdıran zaman onların yanında diş təmizləyən çöplər və taxta çubuqlardan düzəldilmiş diş fırçaları tapılmışdı. Ən əsası isə qədim misirlilər diş məcunu icad etmişdilər. Məcunun tərkibi öküzün əzilmiş dırnaq tozundan, yandırılmış yumurta qabığından, küldən və bir az dabandaşından ibarət idi. Bəlkə bu kəşf səhərlər təravətli ağız qoxusu yaratmırdı, lakin mikrobları təmizləyir və dişlərini çürüməkdən qoruyurdu.

Məşhur Kleopatranın ailəsi Yunanıstandan Misirə köçmüşdü və orada 300 ilə yaxın yaşamışdılar. Baxmayaraq ki, o, Misirdə doğulmuşdu, lakin yunan hesab olunurdu. Kleopatra İskəndərin əmrində çalışmış Ptolomeyin ailəsindən idi. Ailənin qədim misir dilində danışa bilən yeganə üzvü idi. Roma imperiyası Misiri işğal edənə qədər oranın fironu olub.

Misirlilər tanrıları üçün dadlı ziyafətlər təşkil edirdilər və çox vaxt bu yeməkləri kahinlər və onların ailələri yeyirdi. Tətqiqadçılar müəyyən ediblər ki, onların qidaları doymuş yağla dolu olub və bu arteriyaların qapanmasına səbəb olurdu. Bu isə divar yazıları və kahinlərin rentgen müayinələri ilə sübut olunub. Araşdırmalar onu da göstərir ki, həmin qidalar ürək xəstəliklərinə gətirib çıxarırdı. Elə bu səbəbdən idi ki, fironlar artıq çəkidən əziyyət çəkirdilər, onlar misirlilərin təsvir etdikləri kimi deyildi. Misirlilər həddən artıq pivə və şərab içirdilər, külli miqdarda çörək yeyirdilər. Bu da onların artıq çəki almalarına gətirib çıxarırdı.

Qədim misirlilərin yazı qaydası kiçik şəkillərə bənzəyən heroqliflərdən ibarət idi. Bu yazını öyrənmək aylar alırdı. Çox qəliz, eyni zamanda gözəl idi. Qədim misirlilər yazılarında sözlər arasında məsafə qoymurdular. 700 heroqlifdən istifadə edirdilər, hər heroqlifin isə müxtəlif mənası var idi.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi