Smartfonlarınız qızıldan hazırlanıb - Meteor yağışı dünyanın taleyini necə dəyişib?

Hit: 459
Smartfonlarınız qızıldan hazırlanıb - Meteor yağışı dünyanın taleyini necə dəyişib?

Planetimizin ən qiymətli metal elementlərindən biri qızıldır. Alimlər hesab edirlər ki, təxminən 3 milyard il əvvəl qızıl Yerə meteor yağışları nəticəsində gəlib.

Özünüzü qızıl istehlakçı hesab etmirsinizsə, bir daha düşünün. Təxminən hər 10 000 smartfonda qızıl  var. Bu cihazlarda adətən, mis və gümüşdən istifadə olunur. Son telefon modellərində sürət və dayanıqlılıq faktorları baxımından qızıldan istifadə edirlər. Mobil telefon provayderləri bu üsuldan məhsuldarlığı optimallaşdırmaq üçün istifadə edirlər.

Yer kürəsi və okeanlar 20 milyon tondan artıq qızıla sahibdir

Qızıl  haqqında ən təəccüblü faktlardan biri okeanların dərinliyində metalın mövcudluğudur. Bu dərinliklərin sadəcə, 5%-i tədqiq olunub. Bu təbii ehtiyatlar insanımızın gələcəyi üçün olduqca dəyərli hesab olunur. Dərin dəniz qazma və kəşfiyyat texnologiyası daim inkişaf etsə də, dəniz səviyyələri də sürətlə yüksəlir.

Dünyanın ən çox qızıl ehtiyatı Nyu Yorkun Federal Ehtiyat Bankındadır

Nyu York Federal Ehtiyat Bankı təxminən 150 milyard dollar dəyərində qızıl ehtiyatına sahibdir. Hətta Manhattanda dərin basdırılmış 550 000-dən çox qızıl külçələri var. Federal Rezervdə saxlanılan qızılın 98% -i xarici mülkiyyətə məxsusdur.

Kaliforniya qızıl axtarışı (1845-1855) Amerika tarixində geniş kütləvi mühacirət hadisəsidir

Qızıl axtarışı bağlı faktlar tez-tez diqqətdən kənar qalırdı. 1848-ci ilin yanvarında Ceyms Marşall ilk qızılını tapanda bir neçə il ərzində 300 000-dən çox insan qərbə doğru hərəkət edib. Bu mühacirətdən əvvəl isə həmin ərazidə ümumi əhalinin sayı bu rəqəmin düz yarısı idi. 1849-cu ildə qızıl axtarışı ilk belə köç olmasa da, bu, ən nəhəngi idi. Çox insan həmin vaxt varlanmağa başlayıb. San Fransisko kimi şəhərlər mühacirətin iqtisadi və sosial faydalarından sonra inkişaf etməyə başlayıblar.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi