Çinlilər niyə kütləvi intihar etdilər? - DÜNYANI DƏYİŞƏN FAKT

Hit: 536
Çinlilər niyə kütləvi intihar etdilər? - DÜNYANI DƏYİŞƏN FAKT

Birinci Dünya Müharibəsi

Tarixin iki qlobal müharibəsindən birincisidir. Birinci Dünya Müharibəsi 1914-cü ildən 1918-ci ilə qədər davam edib və 17 milyon insanın həyatına son qoyub. Britaniya, Fransa və Rusiyanın Almaniya, İtaliya, Avstriya və Macarıstan üzərində qələbəsi ilə nəticələnib. Millətlər Liqası Birinci Dünya müharibəsindən sonra formalaşıb, lakin dünya sülh təmin edə bilməyib və nəticədə İkinci Dünya Müharibəsi başlayıb.

İkinci Dünya müharibəsi

1939-cu ildən 1945-ci ilə qədər davam edib. 70 milyondan çox insan itkisi ilə tarixin ən qanlı münaqişəsi kimi yadda qalıb. Dünyanı super güclərə ayıran, müttəfiqlərə bölən və bu günə qədər nüvə silahından istifadə edilən yeganə müharibədir. Hiterin Holokost və kütləvi ölümləri ilə qeyd olunan İkinci Dünya müharibəsi dünya siyasətini əbədi dəyişdirib.

Monqol istilaları

Avropadakı monqol istilaları zamanı monqollar XIII əsrin əvvəllərindən başlayaraq torpağın təxminən 20%-ni ələ keçirib. İmperiya Asiya və Şərqi Avropaya yayılıb. Bu istilalar zamanı ölənlərin sayı 60-70 milyon idi. Monqol ordusunun qana susamış əsgərləri ilə bağlı əfsanəyə görə, təxminən 10 000 çinli monqollar tərəfindən öldürülməmək üçün kütləvi intihar ediblər.

Çinin Mançu fəthi

Qing sülaləsinin Ming sülaləsi üzərində üzərində qələbəsi ilə nəticələnib. Müharibə XVII əsrdə başlayıb. 60 ildən çox davam edən müharibə zamanı 25 milyon insan həlak olub. Qing sülaləsinin 1900-cü ilə qədərki hökmranlığından sonra Çin Respublikası formalaşmağa başlayıb.

Napoleon müharibələri

1789-cu ildə başlayan Napoleon müharibələri Avropada bir sıra qüvvələr tərəfindən Napoleona qarşı elan olunmuş müharibələrdir. Fransa sürətlə Avropanın bir çox hissəsində böyük gücə çevrilmişdi. Lakin 1812-ci ildə Rusiyanın işğalı ilə fəlakət baş verib və 6,5 milyon insanı itkisi ilə Fransa məğlubiyyətə uğrayıb. Fransada Burbon monarxiyasının bərpası və Avropa Razılaşması ilə müharibə sona çatıb.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi