Alimlərdən şok açıqlama: “Bu mahnı insanı ölümdən xilas edir” - VİDEO

Hit: 506
Alimlərdən şok açıqlama: “Bu mahnı insanı ölümdən xilas edir” - VİDEO

İspan alimləri "Los Del Rio” qrupunun "Macarena” mahnısının insan həyatını xilas etdiyini bildiriblər.

Faktor.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, bu mahnı ürək masajı zamanı çox faydalıdır. "Macarena” mahnısında 1 dəqiqədə 103 ritm var. Məhz döş qəfəsinə bu tezlikdə təzyiq olmalıdır.

Mütəxəssislərin apardığı eksperiment sübut edib ki, tələbələr ən yaxşı masajı bu mahnının sədaları altında ediblər.

Mahnını oxuyan qrupda 74% iştirakçı lazımi ritmi tutublar. Digər qrupda isə cəmi 21% iştirakçı tapşırığın öhdəsindən gəlib.









Redaktorun seçimi