Misir pramidalarını Yerə kimlər gətirib? - Qədim misirlilərin sirləri ortaya çıxdı

Hit: 1437
Misir pramidalarını Yerə kimlər gətirib? - Qədim misirlilərin sirləri ortaya çıxdı

Müxtəlif əfsanələrlə dolu Giza ehramları dünyanın yeddi möcüzəsindən sonuncusu hesab olunur.

Faktor.az xəbər verir ki, qədim zamanlardan bəri Qərb araşdırmaçılarının ehramların olduğu ərazidə xəzinə axtararkən, ölüm və ya hansısa təhlükə ilə üzləşdikləri rəvayət olunur. Arxeoloqlar piramidaları araşdıran zaman ortaya tikilinin tarixi, strukturu ilə bağlı çoxlu suallar çıxıb.

Piramidaları kimlər inşa edib?

Filmlər, kitablar, tarixi yazılar, xüsusilə İncildə Musa ehramları inşa edənlərin qullar olduğunu təsvir edirdi. Baxmayaraq ki, misirlilər qul əməyindən istifadə edirdi, lakin arxeoloqlar müəyyən ediblər ki, piramidaları misirlilər özləri inşa ediblər.

Piramidalar nə vaxt tikilib?

Piramidalar Misir fironlarının ən nəhəng simvollarıdır. Həmin komplekslər Misirin fərqli dövrlərində inşa edilib. Pilləkanvari Coser ehramı eramızdan əvvəl 2630-cu ildə, 3-cü xanədanlıq dövründə tikilib. Giza piramidaları da daxil olmaqla, digər böyük piramidalar çox az zaman fərqi ilə, Böyük piramida isə e.ə. 2530-cu ildə inşa edilib. Bütün bu inşaat işləri 6-cı xanədanlığın sonunda dayandırılıb, bu isə e.ə 2200-cü ilə təsadüf edir.

E.ə. 2000-1700-cü illərdə, 12-14-cü xanədanlıqların hakimiyyəti dövründə piramida inşası qısa da olsa, çiçəklənmə dövrünü yaşayıb. Lakin bu dövrdə inşa edilmiş piramidalar daha əvvəlkilərdən fərqli idi.

Piramidalar necə tikilib?

Piramidaların gizli qalan sirlərindən biri də bu tikililərin necə inşa edildiyidir. Onların 4000 il olduqları kimi qalması uğurlu inşa texnikasının sübutudur.

Arxeoloqlar piramidaların tikintisində istifadə olunan hər daş blokunun necə dəqiqliklə yerləşdirildiyini möcüzə hesab edirlər. İnanırlar ki, daşlar karxanalardan çıxarılıb mis çəkiclərlə lazımı formaya salınıb. Çünki həmin metal o dövrün misirliləri üçün ən çətin əldə edilən materiallar hesab olunur. Filmlərdə minlərlə işçinin təxminən 2.5 ton ağırlığı olan daşları daşıdığı və ya itələyərək inşaat ərazisinə gətirdiyi göstərilir. Ancaq bu daşlar daş karxanalarından çıxarılaraq, tikintinin olduğu yerə qayıqlarla aparılırdı. Bu proses isə Nil çayının suyunun gur olduğu vaxtlara düşürdü.

Piramidalar nədən inşa edilib?

Misirşünas alimlər tərəfindən piramidaların tərkibi heç vaxt sual mənbəyi olmayıb. Daşlarda olan elementlər təmir işləri ilə əlaqədar ərazidən çıxarılmışdı. Struktural elm və analitik vasitələr inkişaf etdikcə arxeoloqlar piramidalardakı anomaliyaları aşkar edirdilər.

Dreksel Universitetinin mühəndislik üzrə professoru Mişel Barsum 2006-cı ildə piramida daşlarının tərkibini geniş təhlil etmişdi. Əldə etdiyi nəticə isə o idi ki, ehramlar daşdan deyil, betondan hazırlanıb. Bu isə tikinti zamanı bir qrup işçinin daşları piramidanın yuxarı hissələrinə qaldırdığı fikrini tamamilə alt-üst edir.

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi